Azərbaycanda koronavirusla bağlı xəbərlər
Xəbər lenti
Bütün xəbərlər



14 Avq
2020
23:55
5250
14
Avq
23:55



İbrahim Kalın: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Türkiyə-Azərbaycan əməkdaşlığı, bunun regional təhülkəsizlik və inkişafda rolu günün əsas müzakirə mövzularındandır.

Azərbaycan Televiziyasının (AzTV) “Hədəf” proqramında iki qardaş ölkənin çoxtərəfli əlaqələri, tərəfdaşlıq münasibətləri müzakirəyə çıxarılıb. “Hədəf”in efirinə “Skype” vasitəsilə qoşulan Türkiyə Respublikası Prezidentinin mətbuat katibi İbrahim Kalın verilişin aparıcısı Elnar Məmmədlinin və qonaqlar, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalın suallarını ətraflı cavablandırıb.

Türkiyə-Azərbaycan əlaqələrinin inkişafından bəhs edən İ.Kalın deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Azərbaycan Prezidenti İlham Əliyev arasındakı dostluq, qardaşlıq münasibətləri ölkələrin də münasibətlərinin inkişafına töhfə verir. O qeyd edib ki, yaxşı və pis gündə Türkiyə ilə Azərbaycan biri-birinin yanında olublar ki, bundan sonra da bu, belə olacaq. Türkiyə Prezidentinin mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Türkiyə Azərbaycanın ərazi bütövlüyünü bütün müstəvilərdə dəstəkləyir: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”. İ.Kalın qeyd edib ki, bu gün Türkiyə-Azərbaycan əməkdaşlığı regionun təhlükəsizliyində əhəmiyyətli rol oynayır. İki ölkənin silahlı qüvvələrinin birgə təlimlərinə toxunan İ.Kalın söyləyib ki, təlimlər Türkiyə ilə Azərbaycanın strateji tərəfdaşlığını bir daha nümayiş etdirdi.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yarımqoşquda külli miqdarda qanunsuz dərman preparatları aşkar edildi







Bakı-Quba yolunda 68 yaşlı kişinin ölümü ilə bağlı iş Baş Prokurorluğun nəzarətinə verildi







Goranboyda yük avtomobili yanıb







Bakıda bərbərxana yanıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(012) 436-28-31
(051) 660-40-00







[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.