![]() |
XEBEROXU.AZ
![]() |
![]() |
RU |
05 Avq 2022
13:13
![]() |
05
Avq 13:13
![]() Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas edildi Avqustun 4 -də saat 17:45-də Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Baş komanda idarəetmə mərkəzinə “Abşeron Milli Parkı”nın Şahdili burnu ərazisində 2 nəfər şəxsin dənizdə batma təhlükəsi barədə məlumat daxil olub. Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Xeberoxu.Az-a verilən məlumata görə, qısa müddət ərzində Sahil Mühafizəsinin xidmətdə olan “Şahdağ” sərhəd gözətçi gəmisi həmin istiqamətə göndərilərək xilasetmə əməliyyatına cəlb edilib. Saat 18:15-də Şahdili burnunun qərb istiqamətində, sahildən təxminən 1000 metrədək məsafədə köməksiz vəziyyətdə qalmış Abşeron rayon Masazır qəsəbə sakinləri 22 oktyabr 1995-ci il təvəllüdlü Əsədov Hüseyn Sultan oğlu və 31 mart 1991-ci il təvəllüdlü Novruzlu Nicat Elşad oğlu sərhədçilər tərəfindən xilas edilərək, ilkin tibbi yardım göstərildikdən sonra “Abşeron Milli Parkı” ərazisində sahilə çıxarılıblar. ![]() ![]()
|
Ən Çox Oxunanlar
Şabranda daha bir kəndin ərazisində yanğın başlayıb
Ağcabədidə dələduzluq edən şəxs tutuldu
TƏBİB qeysəriyyə əməliyyatından sonra ananın ölümü ilə bağlı açıqlama yayıb - YENİLƏNİB
Axtarışda olan 60 nəfər tutuldu - KRİMİNAL XRONİKA
|