16 Yan
2020
11:25
867

16
Yan
11:25



Səadət Yusifova: 2019-cu il Azərbaycanda köklü islahatar ili kimi yadda qalacaq (YENİLƏNİB)

2019-cu il Azərbaycanda köklü islahatlar ili kimi yadda qalacaq.

XeberOxu.Az-ın məlumatına görə, bunu Prezident Administrasiyasının (PA) Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova "Seçkinin mediada işıqlandırlması" mövzusunda informasiya sessiyasında çıxışı zamanı deyib.

S.Yusifova bildirib ki, Azərbaycanda Prezident İlham Əliyev tərəfindən mütəmadi islahatlar həyata keçirilir. O qeyd edib ki, ölkədə həyata keçirilən son islahatlar kəmiyyət və keyfiyyətinə görə əvvəlki illərdən xeyli fərqlənir.

PA rəsmisinin sözlərinə görə, islahatlar o qədər genişmiqyaslıdır ki, cəmiyyətin bütün institularına və təsisatlarına öz təsirini göstərəcək.

S.Yusifova vurğulayıb ki, hazırkı parlament seçkiləri daha çevik, peşəkar deputat korpusunun formalaşmasına yönəlib. Parlament seçkiləri taleyüklü proses olduğu üçün bütün siyasi partiyalar, vətəndaş cəmiyyəti fəallaşır və media da bunun bir tərkib hissəsidir.

PA rəsmisi əlavə edib ki, seçkiqabağı təşviqat aparmaq üçün 40-a yaxın KİV qeydiyyatdan keçib: "Seçkilər dövründə medianın üzərinə böyük yük düşür. Media nümayəndələri prosesi obyektiv işıqlandırmalı və bütün namizədlər üçün bərabər şərait yaratmalıdır. İnanırıq ki, bu parlament seçkiləri Azərbaycanda seçki təcrübəsinin və media ənənələrinin inkişafına öz töhfəsi ilə yadda qalacaq”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.