16 Yan
2020
11:26
917

16
Yan
11:26



Zoltan Hernyes: Bütün dünyada seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır

Bütün dünyada seçkilərin azad və demokratik keçirilməsində mətbuat mühüm rol oynayır.

XeberOxu.Az-ın məlumatına görə, bunu bu gün "Seçkinin mediada işıqlandırlması" mövzusunda keçirilən informasiya sessiyasında Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri Zoltan Hernyes bildirib.

Zoltan Hernyes qeyd edib ki, Avropa Şurası seçkilərin işıqlandırılması ilə bağlı bütün üzv ölkələrə tövsiyələr verib. Onun sözlərinə görə, bu tövsiyələr əsasən medianın rolu ilə bağlıdır. Z.Hernyes vurğulayıb ki, medianın sərbəst fəaliyyəti üçün şərait yaradılmalıdır: “Həm dövlət, həm də özəl media qurumları seçki prosesinin işıqlandırılmasına cəlb olunmalıdır. Həm seçkilərdən öncə, həm seçki zamanı, həm də seçkilərdən sonrakı dövrdə media bu prosesdə fəal iştirak etməlidir. Eyni zamanda biz Azərbaycan tərəfinə, o cümlədən Prezident Administrasiyasına, Mərkəzi Seçki Komissiyasına, Mətbuat Şurasına və digər müvafiq qurumlara seçkilər dövründə bizimlə əməkdaşlığa görə təşəkkür edirik”.

Avropa Şurasının Bakıdakı Ofisinin rəhbəri qeyd edib ki, seçki dövründə mühüm məsələlərdən biri də gender bərabərliyidir: “Gender bərabərliyi həmişə müzakirə mövzusu olub. Gender bərabərliyinin təmin olunması mühüm əhəmiyyətə malikdir”.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.