16 Yan
2020
14:27
953

16
Yan
14:27



Dmitri Solonnikov: Avropa Parlamentinin qəbul etdiyi qətnamə Azərbaycanın ciddi diplomatik qələbəsidir

Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və avropalı məmurları Avropa İttifaqının xarici siyasətinə əməl etməsinə məcbur edən “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnaməni qəbul etməsi Azərbaycanın ciddi diplomatik qələbəsidir.

Bunu Xeberoxu.Az-a rusiyalı politoloq Dmitri Solonnikov deyib. Onun sözlərinə görə, bu sənəd bəzi müddəalara əsaslanaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bəzi məsələləri müzakirəyə çıxarmağa və daha konkret sənədlər qəbul etməyə imkan verəcək: “Azərbaycan tərəfinin öz mövqeyinin təbliğ olunmasında daha çox əsası olacaq. Bu, həm də Dağlıq Qarabağ münaqişəsindən əziyyət çəkmiş məcburi köçkünlərin problemlərinə də şamil oluna bilər”.

Avropa Parlamentinin ayr-ayrı deputatlarının mövqeyinə gəldikdə isə politoloq bildirib ki, onların adətən bu və ya digər məsələlərin hüquqi parametrlərilə bağlı öz təsəvvürləri olur, ona görə də bu məsələdə illüziyaya qapılmaq lazım deyil: “Bu qətnamənin qəbul olunmasına səs vermiş deputatlar çətin ki, özlərini onun çərçivələri daxilində məhdudlaşdırılmış hiss etsinlər. Bu, həm alternativ məlumatların yayılmasına, həm də Ermənistan tərəfinin dəvəti ilə Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərə aiddir”.

D.Solonnikov sonda əlavə edib ki, qəbul olunmuş “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamə Azərbaycanın xarici siyasi uğurudur, amma bu, yekun qələbə deyil.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.