17 Yan
2020
00:45
1059

17
Yan
00:45



Assosiasiya prezidenti: Turizm sahəsində görülən işlər 2020-ci ildə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq

Turizm sahəsində kadr hazırlığının aparılması, ölkənin turizm imkanlarının tanıdılması, infrastruktur layihələrin həyata keçirilməsi istiqamətində aparılacaq işlər 2020-ci ildə ölkədə bütün alternativ turizm növlərinin inkişafına şərait yaradacaq.

Bunu XeberOxu.Az-a Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHİSTA) prezidenti Ruslan Quliyev bildirib. Onun sözlərinə görə, ölkəmizdə iqtisadiyyatın digər sahələri kimi turizm sahəsinin də inkişafı dövlətin diqqət mərkəzindədir: “Prezident keçirdiyi müşavirələrdə də qeyri-neft sektorunun ən prioritet sahəsi kimi turizmin inkişafı məsələlərinə toxunur. Biz görürük ki, ölkəyə gələn turistlərin sayı ildən-ilə artır, onların xərclədikləri vəsaitin məbləğində, gecələmə sayında da böyük artım müşahidə edilir”.

R.Quliyev əlavə edib ki, dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”ndə Azərbaycanı 2025-ci ilədək regionun, eləcə də dünyanın cəlbedici turizm məkanlarından, 2025-ci ildən sonrakı dövr üzrə dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək əsas məsələ kimi qarşıya qoyulub: “Ölkədə ənənəvi və qeyri-ənənəvi bazarlara sirayət etmə istiqamətində böyük işlər görülür. Bu sahədə turizm sektorunun təmsilçilərinin də üzərinə çox böyük məsuliyyət düşür”.

Qeyd edək ki, yanvarın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə ötən il ölkəmizə səfər edən turistlərin sayının rekord həddə çatdığını, ölkəmizə 3 milyon 170 min xarici qonaq gəldiyini söyləyib.

Prezident İlham Əliyev bildirib ki, xarici turistlər Azərbaycanda bütövlükdə 4,3 milyard manat pul xərcləyiblər.

Dövlət başçısı turizmin inkişafının bundan sonra da diqqət mərkəzində olacağını nəzərə çatdırıb.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.