17 Yan
2020
01:07
949

17
Yan
01:07



Qriqori Trofimçuk: Azərbaycan avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir

Avropa İttifaqı (Aİ) hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.

Bunu XeberOxu.Az-a rusiyalı politoloq Qriqori Trofimçuk deyib.

Onun sözlərinə görə, Aİ nümayəndələri hər zaman Qarabağla bağlı sənəd, protokol və qətnamələri dəstəkləyiblər:

“Bu baxımdan “Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə” qətnamənin qəbul olunmasında yeni bir şey yoxdur. Bütün məsələ ondadır ki, bu yanaşmalar təcrübədə və müharibəsiz necə tətbiq olunacaq”.

Politoloq hesab edir ki, beynəlxalq, xüsusilə də Avropa təşkilatlarında işləyən Azərbaycan və Ermənistan nümayəndələri üçün bu baxımdan çox dəyişiklik olmayacaq.

Onun sözlərinə görə, daha bir vacib məqam Azərbaycan və onun nümayəndələrinin bu qətnamə əsasında necə hərəkət edəcəyidir:

“Burada hər şey özlərindən asılıdır. Məsələ Qarabağ nizamlanması ilə bağlıdırsa, onlar avropalı məmurları letargiya yuxusundan ayıltmağa qadirdir”.

Yekunda rusiyalı politoloq Avropada Azərbaycan diasporlarının nümayəndələrinə mövcud vasitələrdən düzgün istifadə etməyi və səmərəli təsir sistemi yaratmağı tövsiyə edib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.