17 Yan
2020
10:32
784

17
Yan
10:32



İspaniyalı bankir Pikassonun rəsmini ölkədən çıxararkən tutuldu

Madrid məhkəməsi 83 yaşlı bankir Xayme Botini Pablo Pikassonun “Gənc qadının başını” rəsm əsərini İspaniyadan çıxarmaq istədiyi üçün 52.4 milyon avro cərimə və 18 ay həbs cəzasına məhkum edib.

Xeberoxu.Az-ın məlumatına görə, iki ilə qədər həbs cəzası İspaniyada qayda olaraq şərti kəsilir. Qərarda deyilir ki, bankir cərimə ödəməsə, iki ay həbs cəzası alacaq. Rəsm dövlət mülkiyyəti kimi tanınıb. Vəkillər qərardan şikayət etmək niyyətindədirlər.

Prokurorluq Botinin 4 il müddətinə azadlıqdan məhrum edilməsini və 100 milyon avro cərimə ödəməsini tələb edir.

Rəsm əsəri Botinin şəxsi mülkü olsa da, İspaniyanın milli tarixi irsi siyahısına daxil edilib və dəyəri 26,2 milyon avrodur. Botin onu hərracda satmaq niyyətində idi. Ancaq "Christie\'s House" (Hərrac evi), İspaniya Mədəniyyət Nazirliyindən satışa icazə verən sənədləri istəyib. Mədəniyyət Nazirliyi icazə verməkdən imtina edib və rəsmin ölkə xaricinə ixraca müvəqqəti qadağa tətbiq edib. Buna baxmayaraq, Botin əsəri şəxsi yaxtasında Fransız Korsikasına gətirib və fransız gömrükçüləri tərəfindən saxlanılıb.

Sənət əsəri hazırda Madridin Kraliça Sofiya Muzeyində saxlanılır.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT







Bakıda eve oğurluqa girən qadını iş başında tutuldu -Video (18+)







Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi - VİDEO







Bakıda gecə saatlarında qəzaya uğrayan avtomobil yandı (VİDEO)


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.