17 Yan
2020
11:43
1184

17
Yan
11:43



İran 80 nəfərin öldüyünü deyirdi... - Sayları açıqlandı

Yanvarın 8-də İranın İraqda ABŞ hərbi bazalarına raket zərbələri endirməsi nəticəsində 11 amerikalı hərbçi xəsarət alıb. Xeberoxu.Az xəbər verir ki, bu barədə “Defence One” nəşri amerikalı hərbi mənbələrə istinadən məlumat yayıb. 

Hərbçilər bu həftə Küveyt və Almaniyadakı Landştul xəstəxanasına təxliyə ediliblər. Orada onlara müayinə və müalicə təyin edilib.

Bu məqamda bildirək ki, rəsmi Tehran zərbə nəticəsində 80 amerikalı hərbçinin öldüyünü açıqlamışdı. Lakin o zaman Pentaqon xəbəri nə təsdiq, nə də təkzib etmişdi.

Xatırladaq ki, yanvarın 8-nə keçən gecə İran ABŞ-ın İraqdakı hərbi obyektlərinə raket zərbəsi endirib. Bu,  İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) xüsusi təyinatlı “Qüds” Qüvvələrinin komandanı olmuş general Qasım Süleymani yanvarın 3-də ABŞ-ın hava zərbəsi nəticəsində Bağdadda ölümünə cavab idi.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda sevgililər özlərini dənizə atdılar - Qız öldü - TƏFƏRRÜAT







Bakıda eve oğurluqa girən qadını iş başında tutuldu -Video (18+)







Sürücü diqqətsizliyi qəzanı qaçılmaz etdi - VİDEO







Bakıda gecə saatlarında qəzaya uğrayan avtomobil yandı (VİDEO)


Digər Dünya xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.