17 Yan
2020
15:18
1137

17
Yan
15:18



2019-cu ildə Energetika Nazirliyinə 4092 müraciət daxil olub

2019-cu ildə Energetika Nazirliyinə istehlakçı hüquqlarının qorunması, elektrik enerjisi və qaz təchizatı, sayğaclaşdırma və digər məsələlərlə bağlı 4092 müraciət daxil olub.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, müraciətlərin 1887-i elektrik enerjisi, 820-i təbii qaz təchizatı, 1385-i isə digər məzmunlu məsələləri əhatə edib. Bu müraciətlərdən 288-ni qaldırılan problemlərin həlli ilə bağlı təşəkkür məktubları təşkil edib.

Elektrik enerjisi üzrə müraciətlər enerji təchizatı şəbəkəsinə qoşulma, sayğaclarda yaranan qüsurlar, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, elektrik enerjisinin keyfiyyəti, enerji verilişində yaranan fasilələr və digər çatışmazlıqlarla bağlı olub.

Qaz təchizatı ilə bağlı müraciətlər isə qazlaşdırma, borc və cərimələr, qaz təchizatının fasilələrlə verilməsi, qaz sızması, sayğaclaşdırma və digər məsələləri əhatə edib.

Bu dövr ərzində 3533 müraciət Energetika Nazirliyi və Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən müvafiq qaydada araşdırılaraq cavablandırılıb.

Hesabat dövründə həmçinin Energetika naziri və nazir müavinləri tərəfindən paytaxt və regionlarda vətəndaşların qəbulu həyata keçirilib. Bakı, Şirvan, Lənkəran, Masallı, Lerik, Xaçmaz, Quba, Siyəzən, Şəki, Qəbələ, Zaqatala, Gəncə, Goranboy, Gədəbəy, Tovuz, Qazax, Şəmkir, İmişli, Ağdam, Beyləqan, Yevlax, Mingəçevir, Bərdə, Kürdəmir, Göyçay və Zərdab şəhərlərində keçirilmiş qəbullar zamanı 362 vətəndaş qəbul edilib, onların müraciətləri dinlənilib və qaldırılan məsələlərlə bağlı qanunvericiliyin tələblərinə uyğun lazımi tədbirlərin görülməsi üçün nazirliyin struktur bölmələrinə müvafiq tapşırıqlar verilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.