17 Yan
2020
18:25
1297

17
Yan
18:25



Azərbaycan Kredit Bürosuna 12 yeni təşkilat qoşulub

Azərbaycan Kredit Bürosu 2019-cu il ərzində 2 BOKT, 3 lizinq şirkəti, 2 kredit ittifaqı, 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs və İpoteka və Kredit Zəmanət Fondu da daxil olmaqla 12 yeni təşkilatla müqavilə imzalayıb.

Azərbaycan Kredit Bürosundan XeberOxu.Az-a verilən məlumata görə, büro tərəfindən hazırda Mərkəzi Bankı və İpoteka və Kredit Zəmanət Fondu, 30 bank, 14 ləğv prosesində olan bank, 44 bank olmayan kredit təşkilatı, 5 ləğv prosesində olan bank olmayan kredit təşkilatı, 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil operator, 3 kommunal xidmət operatoru və 4 nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxs ilə müqavilə imzalanıb və 2019-cu ilin yekununa olan göstəriciyə görə Büronun əməkdaşlıq etdiyi təşkilatların sayı 120-dən 132-yə qalxıb.

2019-cu il ərzində Büro ilə məlumat mübadiləsi aparan təşkilatlar tərəfindən 2,882,846 sorğu həyata keçirilib. Bu göstərici 2018-ci il tarixi ilə müqayisədə kredit təşkilatları tərəfindən həyata keçirilmiş sorğuların sayından 56 faiz çoxdur. Qeyd edək ki, 2018-ci il ərzində müvafiq sistemdən kredit təşkilatları tərəfindən 1,845,144 sorğu yerinə yetirilib.

Büroya edilən sorğuların 2,572,178-i banklar, 309,939-u bank olmayan kredit təşkilatları, 137-si nisyə mal alqı-satqısı və 502-si lizinq şirkətləri, 90-ı isə kredit ittifaqı tərəfindən həyata keçirilib.

Büronun skorinq xidmətindən isə il ərzində ümumilikdə 1,923,000 sayda istifadə qeydə alınıb ki, bu da ümumi sorğuların 67%-ni təşkil edir.

İl ərzində kredit hesabatı əldə etmək məqsədi ilə kredit tarixçəsi subyektləri tərəfindən Büroya 31,377 müraciət daxil olub. Müraciət etmiş şəxslərin 31,230-u fiziki, 147-si isə hüquqi şəxsdir.

Xeberoxu.az

Məqalə:   İqtisadiyyat , Neft , BOKT

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.