17 Yan
2020
18:59
796

17
Yan
18:59



Depressiv xəstələrdə kardioloji problemlərin yaranma riski 10 dəfə çoxdur

Depressiv xəstələrdə kardioloji problemlərin yaranma riski 10 dəfə çoxdur. Kardioloji xəstələrin 30 faizində depressiv hallar müşahidə edə bilərik.

XeberOxu.Az-ın  məlumatına görə, bunu Psixi Sağlamlıq Mərkəzinin direktoru Fuad İsmayılov "Kardiologiya və psixiatriya: kardioloji pasiyentlərdə psixi pozuntuların profilaktikası" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, kardioloji problemləri olan insanlarda sağlam insanlara nisbətən həm depresiya, həm də stresslə bağlı pozuntular daha çox olur.

F.İsmayılov əlavə edib ki, kardioloji xəstələrin müəyyən hissəsində depressiv hallar müşahidə edilsə də, onların ilkin şikayətləri depressiya ilə bağlı olmur: "Belə xəstələr ürəkdə ağrının olması şikayəti ilə müraciət edirlər və bu hal da depressiv xəstələrə xasdır. 50 yaşdan sonra insanlarda həm kardioloji problemlər, həm də psixoloji problemlər çox olur. Onlara xüsusi diqqət və yanaşma lazımdır".

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.