17 Yan
2020
19:39
1422

17
Yan
19:39



Azərbaycan Beynəlxalq Bankından sahibkarlar üçün daha bir imkan

Azərbaycan Beynəlxalq Bankı sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin işini asanlaşdırmaqdan ötrü daha bir imkan yaradıb. Bankın onlar üçün təqdim etdiyi Sahibkart plastik kartına malik hər kəs indi öz hesabına “E-manat” terminalları vasitəsilə vəsait mədaxil edə bilər.

Xeberoxu.Az xəbər verir ki, mədaxil əməliyyatını həm şəxsiyyət vəsiqəsinin FİN kodu, həm hesab nömrəsi, həm də 7 rəqəmli müştəri kodu vasitəsilə həyata keçirmək mümkündür. Bu xidmət respublika ərazisindəki bütün “E-manat” terminallarında keçərlidir. Ödəniş zamanı 100 (bir yüz) AZN məbləğinədək mədaxil üçün heç bir komissiya tutulmur.

Sahibkart məhsulunu hər bir fərdi sahibkar əldə edə və öz biznes fəaliyyətində bu kartlardan faydalana bilər. Sahibkart plastik kartları müştərilərin rahatlığına xidmət edir. Bu kartlardan yararlanan müştəri, ilk növbədə, vaxtına xeyli qənaət etmiş olur. Belə ki, hesaba daxil olmuş vəsaitlər haqqında məlumat almaq, hesab üzrə ödənişlər aparmaq, vəsaitləri nağdlaşdırmaqdan ötrü daha banka gəlməyə ehtiyac yoxdur. Müştəri Sahibkartla hesabını çox asan şəkildə idarə etmək imkanına malikdir. Vergi borclarını və başqa ödənişləri bu kartla internet üzərindən həyata keçirmək, onlayn alış-veriş aparmaq, hesabdakı pulu ATM-lərdə, yaxud POS-terminallarda nağdlaşdırmaq olar. “Sahibkart” əldə etmək istəyən müştəriyə yeni hesab açıla və ya kart onun Bankda əvvəlcədən mövcud olan cari hesabına bağlana bilər.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.