17 Yan
2020
22:37
1163

17
Yan
22:37



Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verib

Milli Məclisə növbədənkənar seçkilərinə 60 saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alınan Fəzail Ağamalı seçicilərlə görüşlərinə start verdi.

Ana Vətən Partiyasının Mətbuat Xidmətindən XeberOxu.Az-a verilən məlumata görə, Xələc kəndində keçirilən görüşdən öncə Fəzail Ağamalı 2016-cı ilin aprel döyüşlərində şəhid olan Baş leytenant Rəşid Mehdiyevin cox saylı seçicilərin iştirakılə ata ocağında oldu. Şəhidin atası Rövşən Mehdiyevlə birgə kəndin Şəhidlər Xiyabanı ziyarət edildi. Onların ruhuna dualar oxundu.

Daha sonra Xələc kəndində seçicilərlə görüş keçirildi. Fəzail Ağamalı son dörd ildə deputatlıq fəaliyyəti və ölkə prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi daxili və xarici siyasətin önəmili tərəfləri üzərində dayandı. Seçicilərin rəy və təklifləri ətrafında fikir mübadiləsi aparıldı və seçicilər qarşıdan gələn parlament seçkilərində Fəzail Ağamalıya səs verəcəklərini söyləyib ona uğurlar arzuladılar. Daha bir görüş seçki dairəsinin ərazisində yaşayan Qarabağ qazilərilə keçirildi. 60-dan çox qazinin iştirak etdiyi görüşdə Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, Qarabağ qazilərinə göstərdikləri diqqət və qayğı minnətdarlıq hissilə qeyd olundu. Eyni zamanda onlar tərəfindən qaldırılan bir sıra problemlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə qazilər Fəzail Ağamalını dəstəklədiklərini vurğulayıb, ona seçkilərdə qələbə arzuladılar. Yüksək səviyyədə keçirilən hər iki görüşün foto şəkillərini Sizə təqdim edirik.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Güclü külək Xırdalanda fəsadlara səbəb oldu - VİDEO







Bakıda taksi sürücüsünü hədələyib pulunu və telefonunu aldılar







Şəkidə iki "VAZ" toqquşub, 1 nəfər ölüb







Kürdəxanıda yolu keçən qadını avtomobil vurub öldürdü


Digər Siyasət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.