17 Yan
2020
22:45
691

17
Yan
22:45



Azər Paşa Nemətov Gürcü Milli Teatr Günündə ölkəmizi təmsil edib

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Gürcüstanın Milli Teatr Günü və Qax Dövlət Gürcü Dram Teatrının 40 illik yubileyi münasibəti ilə qonşu ölkədə səfərdə olub.

Azərbaycan Teatr Xadimləri İttifaqından XeberOxu.Az-a verilən məlumata görə, tədbirlə bağlı təəssüratlarını bildirən Azər Paşa Nemətov deyib ki, Qax Dövlət Gürcü Dram Teatrı Gürcüstandan kənarda olan yeganə teatrdır.

“Teatrın 40 illik yubileyinin qeyd olunması Gürcü Teatr Günü çərçivəsində təşkil olunmuşdu. Bu yubiley bizim üçün xüsusi əhəmiyyət kəsb edir və tədbir çox yüksək səviyyədə təşkil olunmuşdu. Mərasimdə Gürcüstan Prezidentinin adından məktub oxundu, Təhsil, Elm, Mədəniyyət və İdman naziri teatr truppasının üzvlərini yubiley münasibətilə təbrik etdi, onlara peşəkar fəaliyyətlərində uğurlar arzuladı. Səfərdə gürcü teatrının ən müqtədir sənətkarları ilə, o cümlədən, böyük teatr rejissoru Robert Sturua ilə görüşdüm, birgə yaradıcı əlaqələrlə bağlı çox faydalı müzakirələr apardıq. Eyni zamanda yubiley mərasimində çıxış etdim, teatr ictimaiyyəti adından təbrikimizi çatdırdım. Bildirdim ki, iki dost ölkənin bütün sahələrdə, o cümlədən, mədəniyyət sahəsində çox uğurlu əlaqələri var, əminəm ki, əlaqələr bundan sonra daha da inkişaf edəcək”, - deyə sədr bildirib.

Xalq artisti Azər Paşa Nemətov əlavə edib ki, hazırda mədəniyyət sahəsinin tərkib hissəsi kimi Gürcüstan və Azərbaycan arasında teatr əlaqələri də intensiv şəkildə davam edir: “Artıq iki ilə yaxındır ki, biz Gürcüstan Teatr Cəmiyyəti ilə yaradıcılıq və qarışılıqlı əlaqələr istiqamətində memorandum imzalamışıq. Bu proses çox aktiv davam edir. Onu da deməliyəm ki, birgə qastrol səfərləri ilə bağlı maraqlı müzakirələrimiz oldu. Gürcüstan teatr ictimaiyyətinin Akademik Milli Dram Teatrına, onun kollektivinə və repertuarına böyük marağı var. Ona görə də yaxın aylarda teatrımızın kollektivinin Gürcüstana qastrol səfəri nəzərdə tutulub”.

Qeyd edək ki, 1981-ci ildə Qax rayonunun Əlibəyli kənd Mədəniyyət evində gürcü dram dərnəyi yaradılıb. Kollektiv 1985-ci il mayın 31-də Xalq teatrı adını alıb.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 16 dekabr tarixli Sərəncamı və Nazirlər Kabinetinin 2005-ci il 22 fevral tarixli qərarı ilə teatra dövlət statusu verilib.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.