17 Yan
2020
22:54
939

17
Yan
22:54



Ombudsman Aparatında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib

İnsan Hüquqları üzrə Müvəkkkil (Ombudsman) Aparatında 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar tədbir keçirilib.

Ombudsman Aparatından XeberOxu.Az-a verilən məlumata görə, əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbiri giriş sözü ilə açan Ombudsman Səbinə Əliyeva 20 Yanvar faciəsinin xalqımızın azadlıq mübarizəsinin qəhrəmanlıq səhifəsi olduğunu deyib. Sovet ordusu tərəfindən Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət zamanı 150 nəfər silahsız mülki şəxsin, o cümlədən uşaqların, qadınların və yaşlıların amansızcasına öldürüldüyünü, paytaxt və başqa ərazilərdə 744 dinc, günahsız insanın yaralandığını, yüzlərlə adamın itkin düşdüyünü, 841 nəfərin qanunsuz olaraq həbs edildiyini qeyd edən Müvəkkil hadisənin ertəsi günü həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələn Ümummilli lider Heydər Əliyevin faciənin təşkilatçılarını şiddətli şəkildə qınadığını, ifşaedici və cəsarətli bəyanat verdiyini xatırladıb. Ulu Öndərin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin faciə ilə əlaqədar 21 noyabr 1990-cı il tarixli qərar qəbul etdiyini, Milli Məclisin 1994-cü il martın 29-da qəbul etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarlarının konkret qeyd olunduğunu diqqətə çatdıran Müvəkkil “Beləliklə, faciəyə Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə siyasi-hüquqi qiymət verilib”,-deyə vurğulayıb.

Ombudsman faciə zamanı qətlə yetirilmiş, müxtəlif millətlərdən olan Azərbaycan Respublikası vətəndaşlarına ölkə Prezidentinin müvafiq Fərmanına əsasən “20 Yanvar Şəhidi” fəxri adı verildiyini xatırladaraq “1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması haqqında” Sərəncama əsasən, müxtəlif tədbirlər həyata keçirildiyini, bu şəxslərə dövlət tərəfindən müavinət, şəhid ailələrinə isə Prezident təqaüdü verildiyini diqqətə çatdırıb.

Xalqımıza qarşı bu cür qanlı aksiyanın törədilməsinin BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinnin, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktı olduğunu nəzərə çatdıran Müvəkkil Səbinə Əliyeva “20 Yanvar faciəsi insanlıq əleyhinə cinayətdir və təşkilatçıların, hadisəni törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunması üçün hüquqi əsaslar mövcuddur”,-deyə bildirib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncama uyğun olaraq Ombudsmanın Aparatı, eləcə də Şəki, Gəncə, Quba və Cəlilabad regional mərkəzləri tərəfindən tədbirlər keçirilir. Bununla yanaşı, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar bəyanatı qəbul edilib və mötəbər beynəlxalq qurumlara, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Tədbirdə daha sonra Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı və təsisatın əməkdaşı Murad Babayev çıxış edərək 20 Yanvar faciəsini törədənlərin ədalət mühakiməsinə cəlb edilməsinin beynəlxalq hüququn tələbi olduğunu diqqətə çatdırıblar. Qeyd olunub ki, konkret dövlətin silahlı birləşmələri tərəfindən törədilmiş bu hadisə beynəlxalq hüquq normalarına əsasən insanlıq əleyhinə cinayət və hərbi təcavüzdür.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







ETSN: Azərbaycanda böyük bir toplum ovun qadağan olunmasını düzgün hesab edir







Yanvarda Türkiyədən Azərbaycana avtomobil ixracı artıb







Bakı polisi 1 gündə 28 cinayətin üstünü açdı







Ötən gün yol qəzalarında 3 nəfər ölüb, 4 nəfər xəsarət alıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.