Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



17 Avq
2019
04:01
2259

17
Avq
04:01



Arktikada 35 dərəcə isti qeydə alınıb

Qütb dairəsi arxasındakı meteostansiya Arktikada tarixin ən yüksək temperaturunu müəyyən edib.

XeberOxu.az xəbər verir ki,  AZƏRTAC “nat-geo.ru” saytına istinadla xəbər verir ki, Milli Okean və Atmosfer Tədqiqatları Administrasiyasının (NOAA) məlumatına görə, İsveçdə, Qütb dairəsindən şimalda yerləşən meteoroloji stansiyada iyul ayında Arktika regionu üçün rekord temperatur – 34,8 dərəcə Selsi (94,6 dərəcə Farengeyt şkalası ilə) isti qeydə alınıb.

Rekord temperatur iyulun 26-da Qütb dairəsinin cənub kənarında yerləşən, İsveçin kiçik Markusvins istehkamında müəyyən edilib. İqlimşünas Dik Arndt bəyan edib ki, bu göstəricilər İsveç Meteoroloji İnstitutu tərəfindən təhlil edilib və yoxlanılıb.

Şimal Buzlu Okeanında buzların sahəsi 19,8 faiz azalıb. Bu, 2012 və 2015-ci illərdə qeydə alındığından da çoxdur. Həmin dövrdə də rekord temperaturlar müəyyən edilmişdi.

İqlimşünas Robert Rode bildirib ki, 90 faiz ehtimalla 2019-cu il müşahidələr dövrü tarixində yalnız 2016-cı ildən geri qalaraq ikinci ən isti il olacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Leş əti satan “Bala Tofiq” ləqəbli dələduz ifşa edild







İşdən qanunsuz şəkildə azad edilmiş 82 nəfər əvvəlki yerlərinə bərpa edilib







Bu gün Bakıda Türk Şurasının VII Zirvə Görüşü öz işinə başlayır







Anasını boğdu, sonra meyiti yandırdı - Qatil oğul


Digər Xarici hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az