Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



04 Sen
2019
09:32
3156

04
Sen
09:32



Azərbaycanda yarasalarla bağlı araşdırmalara başlanıldı

Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı araşdırmalara başlanılıb.

Xeberoxu.az-ın məlumatına görə, 2019-cu ilin iyun ayında AMEA-nın Zoologiya İnstitutu və ABŞ-nın EcoHealth Alliance (EHA) təşkilatı arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. Sənədə əsasən, bu ilin sentyabr ayında Azərbaycanda yayılmış yarasalarda zoonoz xəstəliklərin tədqiqi ilə bağlı çöl işlərinə başlanılıb. Layihə biologiya üzrə fəlsəfə doktoru, yarasalar üzrə ekspert Nicat Həsənovun koordinatorluğu və Zoologiya İnstitutunun Quru onurğalıları laboratoriyasının əməkdaşlarının bilavasitə iştirakı ilə həyata keçirilir.

Azərbaycanda çöl işləri 2019-2021-ci illəri əhatə edəcək. Tədqiqatlar zamanı yarasalar ilə əlaqədar virusları müəyyənləşdirmək məqsədilə fərdlərin canlı olaraq tutulması, onlardan oral və rektal yaxmaların, həmçinin qanad biopsiyası (DNT nümunəsi) və qan nümunələrinin götürülməsi nəzərdə tutulur.

Qeyd edək ki, EHA - canlı təbiətin və ictimai sağlamlığın mühafizəsini həyata keçirən qlobal qeyri-kommersiya təşkilatıdır. Qurum 2017-ci ildə Qərbi Asiya Yarasalar üzrə Elmi-Tədqiqat Şəbəkəsi tərəfindən təsis edilib. EHA 40 ildən artıqdır ki, yaranan zoonoz xəstəliklər və qlobal sağlamlıq imkanlarının artırılması üzrə 30-dan artıq ölkədə yerli partnyorlarla elmi-tədqiqat işləri həyata keçirir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər Maraqlı xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az