Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



05 Sen
2019
10:42
2694

05
Sen
10:42



ANİMAFİLM-in beynəlxalq müsabiqə iştirakçıları bəlli olub

II ANİMAFİLM Bakı Beynəlxalq Animasiya festivalının seçim komissiyası müsabiqə proqramına daxil edilmiş animasiya filmləri və ssenarilərin siyahısını elan edib.

Xeberoxu.az-ın məlumatına görə, animasiya filmləri üzrə seçim komissiyası Rəşid Ağamalıyev (Azərbaycan), Liz Mansresa (Fransa), Vojtěch Kiss (Çexiya), Nəzrin Əlizadə (Azərbaycan), Piotr Ficner (Polşa) və Ilenia Cotardodan ibarətdir. (İtaliya).

Ssenarilər üzrə seçim komissiyası isə tanınmış yazıçı Sevinc Əzimovadır (Elsevər) (Azərbaycan).

Seçim komissiyası “Ən yaxşı qısametrajlı animasiya filmi” (20 dəqiqəyə qədər) 197 film, “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” (10 dəqiqəyə qədər) 66 film, “Qısametrajlı animasiya filmi üçün ən yaxşı orijinal ssenari” 13 ssenari arasından seçim edib. Cəmi 50 müxtəlif ölkədən 268 müraciət edilsə də onlardan yalnız 54-ü müsabiqədə iştirak edəcək.

Sonda onu da qeyd edək ki, bütün filmlər və ssenarilər beynəlxalq münsiflər heyəti və uşaqlardan ibarət münsiflər heyəti tərəfindən baxılacaq və qaliblər 2019-cu ilin oktyabrın 20-də 2-ci ANİMAFİLM festivalının bağlanış mərasimdə elan olunacaq.

Seçim komissiyasının qərarına əsasən Azərbaycandan yalnız bir film göndərildiyindən, “Ən yaxşı qısametrajlı Azərbaycan animasiya filmi” kateqoriyası üzrə müsabiqə keçirilməyəcək. Həmin yeganə film “Uşaqlar üçün ən yaxşı qısametrajlı animasiya filmi” müsabiqəsidə yarışacaq.

ANİMAFİLM komandası bütün animasiya film və ssenarilər müəlliflərini təbrik edir.

 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az