Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



19 Sen
2019
21:26
585

19
Sen
21:26



Külək ağacları kökündən qopardıb maşınların üstünə atdı - Bakı meriyasından XƏBƏRDARLIQ
Bakıda külək 5 ağacı aşırdıb, 2 ağacı kökündən qopardıb.

Xeberoxu.Az xəbər verir ki, bu barədə Bakı Meriyasının Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hadisə paytaxtın Nəsimi, Nizami və Yasamal rayonlarında baş verib.

Kökündən qopan ağaclar isə maşınların üstünə aşıb. “Nizami” metrosunun yaxınlığında külək nəticəsində ağac parklanmada olan “Hyundai Sonata” markalı 10 CH 244 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə düşüb.

Hadisə zamanı xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

Digər hadisə Nəsimi rayonu, Topçubaşov küçəsində, 1 nömrəli uşaq poliklinikasının həyətində baş verib. Külək ağacı kökündən qoparıb və “Prado” markalı maşının üstünə atıb.

Orxan Məmmədov vətəndaşlara ehtiyatlı olmağı tövsiyyə edib:

“Hazırda paytaxtın bəzi yerlərində külək var. Elə yer var külək azdır, bəzi yerlərdə küləyin sürəti artır. Vətəndaşlar ehtiyatlı olmalıdırlar. Ağacların və binaların altında maşın saxlamaq olmaz”.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az