Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
09:36
510

20
Sen
09:36



Əhməd bəy Ağaoğlu mövzusunda elmi konfrans panellərlə davam etdirilir-FOTO

Böyük mütəfəkkir Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə əlaqədar olaraq, Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), Türk Ocaqları İstanbul şöbəsi, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə təşkilatçılığı ilə “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” mövzusunda ikigünlük elmi konfrans öz işini panellərlə davam etdirir.

Aİİ-dən XeberOxu.Az-a verilən məlumata görə, konfransın birinci günü panellər Aİİ rektoru ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov, Türk Ocaqları İstanbul şöbəsinin müdiri Cezmi Bayram, İstanbul Universiteti Türkiyat Araşdırmaları İnstitutunun müdiri Mustafa Balcı, Ankara Universitetinin professoru Abdullah Gündoğdunun moderatorluğu ilə keçirilib.

Panellərdə millət vəkili, fəlsəfə üzrə fəlsəfə doktoru Fazil Mustafa; professorlar Hamlet İsaxanlı, Solmaz Rüstəmova-Tohidi, Nəsib Nəsibli, Mübariz Süleymanlı, Vaqif Sultanlı, Bədirxan Əhmədov, Abdullah Gündoğdu; dosentlər Firdovsiyyə Əhmədova, Mehmet Kaan Çalen, M.Ufuk Özcan, Yeganə Əliyeva; filologiya üzrə fəlsəfə doktoru Göyərçin Mustafayeva və Nuri Civelek, Haluk Kayıcı kimi alimlər məruzələrlə çıxış ediblər.

Məruzələr Azərbaycan ictimai fikir tarixində dərin iz buraxmış mütəfəkkir Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığı, onun Azərbaycan Xalq Cümhuriyyəti Parlamentindəki fəaliyyəti, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında rolu, “Difai” təşkilatının yaradılmasında rolu, ədəbi və ictimai fəaliyyəti, həmçinin İslam və milliyyətçiliklə bağlı düşüncələri, milli mübarizəsini və yaradıcılığında multikultural dəyərlərin tərənnümü kimi mövzuları əhatə edən istiqamətlərdən ibarət olub.

Qeyd edək ki, konfrans öz işini sabah davam etdirəcək. Konfransın materialları kitab şəklində çap olunacaq.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az