Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
12:40
474

20
Sen
12:40



Konfutsi İnstitutu Çin sərgisində iştirak edib

Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun müəllim və tələbələri Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası və məşhur Çin konsaltinq qurumu Huahe tərəfindən təşkil olunan İpək Yolu ölkələrinin mallarının sərgisində iştirak ediblər.

Xeberoxu.Az-ın məlumatına görə, açılış mərasimində ADU tələbələri rəngarəng Çin rəqsləri ilə çıxış ediblər. Konfutsi İnstitutu pavilyonunda ADU tərəfindən Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan-Çin münasibətlərinin inkişafı ilə bağlı fəaliyyətinə həsr olunan Azərbaycan və Çin dillərində çap olunmuş kitablar, Çin dilində dərsliklər təqdim edilib. Sərgiyə gələn qonaqlara Konfutsi İnstitutunda keçirilən mədəni tədbirlər, Çin dili kurslarının işi barədə məlumat verilib.

ADU Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov Azərbaycan gənclərində Çin dili və mədəniyyətini öyrənməyə marağın artdığını qeyd edib. R.Abbasov əlavə edib ki, Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çin dilini sınaqdan keçirən rəsmi mərkəzin işi, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər – bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi araşdırmalar Azərbaycan-Çin humanitar əməkdaşlığının daha da inkişaf etdirilməsinə yönəlib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda silsilə oğurluqlar edən Ağdaş sakini saxlanıldı







Bakı Dövlət Sirki köçür?







DİN qanunsuz aksiya keçirmək istəyənlərə xəbərdarlıq edib - VİDEO







Baş həkim Xocavənd RİH əməkdaşının ölüm SƏBƏBİNİ açıqladı


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az