Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



20 Sen
2019
21:30
573

20
Sen
21:30



“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

20 sentyabr tarixində “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Tacikistan Respublikasının ölkəmizdə səfərdə olan nümayəndələri arasında görüş keçirilib.

Xeberoxu.Az-ın məlumatına görə, “AzerGold” QSC-nin inzibati binasında baş tutan görüşdə QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, QSC-nin İdarə Heyəti sədrinin müavinləri Oqtay Məmmədov və Xəyyam Fərzəliyev, həmçinin Geoloji kəşfiyyat, Strateji planlaşdırma və biznesin inkişafı şöbələrinin rəhbərləri, Tacikistanın Soqdiya vilayətinin sədri Racabboy Axmadzoda, Tacikistanın ölkəmizdəki səfiri Rustam Soli, Xucand şəhərinin sədri Maqruf Muxammadzoda, Guliston şəhərinin sədri Firdаvs Şərifzoda, “Aprelevka” birgə müəssisənin baş direktoru Baxtiyor Macidov və nümayəndə heyətinin digər üzvləri iştirak edib.

İlk öncə qonaqları salamlayan Z. İbrahimov “AzerGold” QSC-nin fəaliyyəti, görülən işlər və öndə duran vəzifələr haqda qısaca məlumat verib. R. Axmadzoda son illərədə Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsindəki inkişafı qeyd edərək “AzerGold” QSC-nin fəaliyyətini yüksək qiymətləndirib. Dünyanın ən iri gümüş yatağı hesab edilən Böyük Konimansur yatağı və Soqdiya vilayətində yerləşən digər zəngin yataqlar haqda söhbət açan Axmadzoda “AzerGold” QSC-nin nümayəndə heyətini Soqdiya vilayətinə səfər etməyə və bu yataqlarla əyani tanış olmağa dəvət edib.

Görüşün davamında dağ-mədən sahəsində tərəflər arasında mümkün əməkdaşlıq perspektivləri müzakirə edilib, bu istiqamətdə təcrübə mübadiləsinin vacibliyi vurğulanıb.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az