Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
12:01
360

21
Sen
12:01



“Solğun çiçəklər” Sumqayıt Dövlət Dram Teatrının səhnəsində

Sentyabrın 20-si Sumqayıt Dövlət Dram Teatrında yeni tamaşaya ictimai baxış keçirildi. Teatr rəhbərliyinin gənclərə dəstəyi, ayrı ayrı məktəb və üslublara məxsus rejissorlarla yaradıcılıq mübadiləsi çərçivəsində kino və teatr rejissoru və prodüser Elşən Zeynallının quruluş verdiyi "Solğun çiçəklər" tamaşası maraqla qarşılandı.

Xeberoxu.Az-ın məlumatına görə, böyük dramaturq Cəfər Cabbarlının 120 illik yubileyi münasibətilə hazırlanan əsər quruluşçu rejissorun kreativ yanaşmasında , müasir yozumunda yenə aktualdır. Rolları əməkdar artistlər İzaməddin Bağırov, Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Şəhla Məmmədova, İlahə Səfərova, İlqar İbrahimov, Elay Xasiyev, Aynur Hümmətova, Sevda Hüseynova, Mətanət Əmirullayeva, Məryəm Hüseynova və Dağlar Rüstəmov ifa edirlər. Quruluşçu rəssamlar Elşən Sərxanoğlu və Şahin Hüseynlidir, musiqi tərtibatçısı İradə Muradovadır.

İctimai baxışda Mədəniyyət Nazirliyinin məsul işçiləri Sevda Ağayeva və Könül Cəfərova, bədii şura üzvləri və şəhərin ziyalıları iştirak etdilər. Teatrın direktoru, əməkdar artist Mübariz Həmidov yeni tamaşa münasibətilə rejissoru və yaradıcı heyəti təbrik etdi, bundan sonra da istedadlı rejissorların teatra cəlb olunacağını bildirdi. Digər çıxış edənlər yeni quruluşun bədii-estetik məziyyətlərindən danışdılar, traktovkanın maraq doğurduğunu dilə gətirdilər, eyni zamanda xırda qüsurları qeyd etdilər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az