Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
20:42
921

21
Sen
20:42



"Azərişıq" küləkli hava şəraiti ilə əlaqədar gücləndirilmiş iş rejiminə keçib

"Hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib". 

Xeberoxu.Az xəbər verir ki, bu barədə “Report”a qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, yerlərə əlavə texnika cəlb edilib:

“Bu gün səhərdən müşahidə edilən küləkli hava şəraiti ilə əlaqədar “Azərişıq” gücləndirilmiş iş rejiminə keçib. Belə ki, regionlara, xüsusən də dağlıq və dağətəyi ərazilərə əlavə mal-material, maşın-mexanizmlər cəlb edilib. Bu isə elektrik enerjisinin baş verə biləcək kəsintisi və qəzaların qarşısını ən qısa müddətdə almağa imkan verir”.

“Azərişıq” rəsmisi bəzi regionlarda elektrik enerjisinin təchizatında qısamüddətli kəsintinin olduğunu qeyd edib:

“Şimal” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə düşən Nabran qəsəbəsində 10 kVt-luq ”Muxtadır” hava xətti, “Şirvan” RETSİ-nin ərazisində olan Neftçala şəhərini qıdalandıran hava xətti, “Qərb” RETSİ-nin ərazisindəki Tovuz, Şəmkir və Ağstafa rayonlarının ərazilərindəki elektrik ötürücü xəttlərinə verilən elektrik enerjisi təchizatı küləkli hava şəraitində təhlükəsizlik səbəbindən müvəqqəti dayandırılıb və qısa müddətdə bərpa edilib”.

T.Mustafayev istehlakçılara da müraciət edib: “Məlum hava şəraiti hər növ fəsadlara gətirib çıxara bilər. Bu səbəbdən istehlakçılardan xahiş edirik ehtiyatlı olsunlar və elektrik enerjisinin təchizatında yaranan hər hansı problem, yaxud qəza ilə üzləşdikdə 24 saat fəaliyyət göstərən 199 saylı "Çağrı" mərkəzi ilə əlaqə saxlasınlar”.

Xatırladaq ki, bu gün güclü şimal-qərb küləyi müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı məlumata görə, bəzi ərazilərdə küləyin sürəti saniyədə 38 metrə çatacaq.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az