Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Sen
2019
16:56
1155

22
Sen
16:56



Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Almaniyada yaşayan "Milli" ləqəbli Emin Abdullayev də Fuad Qəhrəmanlını və onu himayə etməyə cəhd edən AXCP sədri Əli Kərimlini sərt tənqid edib.

Xeberoxu.Az-ın məlumatına görə, o, sosial şəbəkədə "Barmaqlarımızı sındıranlar" başlıqlı statusunda yazıb: "Selcan xanımın cəsarəti mənə iyrəncliyin içində ümid verən bir işıqdır. Vicdanı olan, insanlığını hələ itirməyən hər kəs Selcanı müdafiə etməlidir, anasına dəstək olmalıdır. Öz qızının dizini sındıran və həyat yoldaşının barmaqlarını sındıran bir cinayətkar (Fuad Qəhrəmanlı) mütləq həbs edilməlidir və cəzasını almalıdır. Selcanın dediklərinə görə, Əli Kərimli onun anasına boşanmaqdan vaz keçməyi məsləhət görüb, uşaqlarının gələcəyi haqqında düşünməyi məsləhət bilib. Mənə görə bu, cinayətə bəraət qazandırmaqdır, zorakılığı dəstəkləməkdir. Dizini sındıran atası ilə o qızının hansı gələcəyi ola bilər? Əli Kərimli belə fikirlərə görə hamıdan üzr istəyib istefa verməli idi, AXCP üzvləri Fuad Qəhrəmanlı ilə bərabər, Əli Kərimlinin istefasını tələb etməli idilər".

E.Abdullayev vurğulayıb ki, AXCP-nin liderlərinin azadlıq, insan haqları, eləcə də demokratiya haqqında danışmağa heç bir mənəvi haqları yoxdur: "Bu iyrəncliyi dəstəkləyən, müdafiə edən istənilən şəxs potensial cinayyətkardır və totalitar düşüncəli məxluqdur. Biz azadlığı ilk növbədə gərək ailəmizdə qurmağı öyrənək. Öz ailəsində ailə üzvlərini döyəni hakimiyyətə gətirsək, bunlar bizi meydanlarda öldürərlər, dizlərimizi, barmaqlarımızı sındırarlar".

Xatırladaq ki, bu günlərdə AXCP sədrinin müavini Fuad Qəhrəmanlının qızı ailəsinə zorakı və qəddar münasibət göstərən atasını ifşa edib. İctimaiyyətin sərt tənqidlərinə tab gətirməyən Fuad Qəhrəmanlı AXCP sədrinin müavinliyindən istefa verib.( Trend )

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







TərTərdə 15 yaşlı qız ağacdan yıxılıb







"26-lar" kafesinin sahibinin oğlu, “Gelandevagen”li Qasımov niyə bıçaqlanıb?







Ən təhlükəli xərçəng növü - Ondan necə qorunmalı?







Azərbaycanda iki uşaq anasından DƏHŞƏTLİ ƏMƏL


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az