Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



22 Sen
2019
20:58
1149

22
Sen
20:58



Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri erməniləri ifşa edib - VİDEO
Varşava şəhərində keçirilən ATƏT-in 2019-cu il İnsan ölçüsü üzrə İmplementasiya Görüşünün qaçqınlar və məcburi köçkünlərin hüquqlarının da müzakirə olunduğu 20 sentyabr tarixli “Humanitar məsələlər və digər öhdəliklər“ sessiyası zamanı Ermənistan nümayəndə heyəti prosedur qaydalarından sui-istifadə edərək Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin çıxışının qarşısını almağa cəhd edib. 

İcmadan Xeberoxu.Az-a daxil olan məlumatda deyilir ki, Ermənistan nümayəndəsi T.Gəncəliyevin iclasda iştirak üçün qeydiyyatının aydın olmadığını iddia edərək, ona çıxış üçün söz verilməməsini tələb edib. Azərbaycan nümayəndə heyətinin izahı və tədbirin təşkilatçısı qismində ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar üzrə Bürosunun məsələ ilə bağlı Ermənistan nümayəndəsinə aydınlıq gətirməsi ilə T.Gəncəliyevə yenidən çıxış üçün söz verilib. 

Lakin, Ermənistan nümayəndəsi verilmiş izahata baxmayaraq, ikinci dəfə T. Gəncəliyevin çıxışına mane olmağa cəhd edib və bu cəhdi də uğursuz olub. 

Belə ki, sessiyanın moderatoru T.Gəncəliyevin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri qismində qeydiyyatdan keçdiyini və bu statusda çıxış etdiyini bildirərək, ona söz verib. Tural Gəncəliyev tutarlı faktlarla erməniləri ifşa edib, onların işğalçı olduğunu, beynəlxalq təşkiları həmişə aldatmağa cəhd etdiklərini tədbir iştirakçılarının diqqətinə çatdırıb. 
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Evində iş görən kişinin boğazı kəsilib







Bakıda küçədən birgünlük körpə tapılıb - VİDEO







İlahiyyat İnstitutunda “Vikipediya” Metodik Mərkəzi fəaliyyətə başlayır







Azərbaycanın Müdafiə naziri Çinə işgüzar səfərə gedir


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az