# EVDƏQAL
# EVDƏQAL



19 May
2020
05:13
2080

19
May
05:13



Bərdədə "Qədim Bərdədə tarixi-mədəni irsin qorunmasında və təbliğində muzeylərin rolu" mövzusunda görüş keçirilib

Bərdə şəhərində 18 May - Beynəlxalq Muzeylər Gününə həsr olunmuş “Qədim Bərdədə tarixi-mədəni irsin qorunmasında və təbliğində muzeylərin rolu” adlı görüş keçirilib.

XeberOxu.Az-ın məlumatına görə,  görüşün keçirilməsində əsas məqsəd qədim tarixə malik olan Bərdə rayonunda muzey işinin inkişaf etdirilməsi və bu istiqamətdə qarşıda duran vəzifələrlə əlaqədar görkəmli alim və mütəxəssislərlə təcrübə mübadiləsinin aparılması, həmçinin bu sahəyə müvafiq dəstəyin göstərilməsidir.

Yeni Azərbaycan Partiyasını təmsil edən 93 saylı Bərdə şəhər Seçki Dairəsi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Fatma Yıldırımın təşəbbüsü ilə təşkil olunan tədbirdə respublikamızın bir sıra tanınmış elm və ictimai xadimləri iştirak ediblər. Belə ki, görüşdə AMEA-nın Şərqşunaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi Solmaz Tohidi-Rüstəmova, AMEA-nın Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru, professor, əməkdar elm xadimi, dövlət mükafatı laureatı Kərim Şükürov, AMEA-nın “Elmi və ekoarxeoloji tədqiqatlar” mərkəzinin rəhbəri, tarix elmləri doktoru, professor, əməkdar mədəniyyət işçisi Kamil İbrahimov, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu “Tədris və Beynəlxalq Əlaqələr şöbəsi”nin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Səfər Aşurov, Bərdə Rayon Regional Mədəniyyət İdarəsinin rəisi İlyas Hacıyev iştirak ediblər.

Qeyd edək ki, ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə diqqətlə yanaşaraq 6 nəfərdən ibarət heyətlə Bərdə rayon Mədəniyyət şöbəsində, Diyarşünaslıq Muzeyində görüş keçirilib və daha sonra Bərdə türbəsi, Bəhmən Mirzə türbəsi, Şirvanlı hamamı, Balabəyin evi adlanan bina və Tərtər çayı üzərində qədim körpü ziyarət edilib.

Görüş zamanı Milli Məclisin deputatı Fatma Yıldırım və digər şəxslər Azərbaycan xalqının zəngin tarixi və mədəni irsə sahib olduğunu bildirib və qeyd ediblər ki, bu qədim mədəni irs xalqımızın əvəzsiz milli sərvətidir. Vurğulanıb ki, bu gün ölkəmizdə mədəni-tarixi abidələrimizin qorunması, muzey işinin daha da inkişaf etdirilməsi zərurətə çevrilib. Bu baxımdan, böyük tarixi keçmişə, tarixi-mədəni abidələrə malik olan Bərdə rayonunda da bu sahə ilə bağlı görüləsi işlər var.

Həmçinin, qeyd olunub ki, belə görüşlərin davamlı olaraq keçirilməsi nəzərdə tutulur.
Millət vəkili Fatma Yıldırım qədim tarixini və mədəni irsini nəzərə alaraq Bərdədə regional Qarabağ Muzeyinin yaradılmasını da təklif edib.

Çıxışlar zamanı mütəxəssislər Bərdədə abidələrin qorunması, muzey işinin inkişaf etdirilməsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıb, müvafiq təkliflərlə çıxış ediblər.

Xeberoxu.az

Məqalə:  

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Paytaxtda həyat yoldaşını liftdə öldürən kişi saxlanılıb







Bakıda “Hyundai” 61 yaşlı piyadanı vurdu







Sumqayıtda intihara cəhdin qarşısı alınıb







Mağazadan oğurluq edən Bakı sakini saxlanılıb


Digər Mədəniyyət xəbərləri


Xeberler 2019 və son xeberler 2020 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.

Haqqımızda     Reklam      Əlaqə

(051) 660-40-00



[email protected]



© Xeberoxu.az 2020 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.