Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Sen
2019
12:13
2697

08
Sen
12:13



Dünyanın ən populyar pulu - "100 dollar" haqqında nə bilirsiz? - Maraqlı MƏLUMATLAR
ABŞ-ın və eyni zamanda da dünyanın ən populyar əsginası olan 100 dollar bu günə qədər 13 fərqli dizayn ilə dövriyyəyə buraxılıb.
Xeberoxu.Az xəbər verir ki, düyanın ən çox tələb olunan əsginası - ilk dəfə 1860-cı ildə döriyyəyə buraxılıb və həmin əsginaslar 3 fərqli dizaynda olub.
100 dollar 2-ci dəfə 1863-cü ildə yenidən dizayn olunur. Əsginasın növbəti dizaynı 1878-ci ilə təsadüf edir. Həmin dizaynda ABŞ-ın 5-ci prezidenti (1817-1825-ci illər) olmuş Ceyms Monronun şəkili yer alır.
1880-ci ildə yenidən dizayn olunan 100 dollarlıq əsginasın üzərində Ceyms Monronun şəkilini ABŞ-ın 16-cı prezidenti (1861-1865-ci illər) Avraam Linkolnun şəkili əvəzləyir.
10 ildən sonra, 1890-cı ildə 100 dolları yenidən dizayn edirlər. 1914-cü ildə dövriyyəyə buraxılan 100 dollarlıq əsginasın üzərinə ABŞ-ın qurucularından olan Bencamin Franklin şəkili həkk olunur. Məlumat üçün xatırladaq ki, Bencamin Franklin ABŞ qurulmasında əsas rol oynayan hər üç sənədə - İstiqlal Bəyannaməsi, ABŞ Konstitusiyası və 13 Britaniya koloniyasının müstəqillik uğrunda apardığı müharibəni bitirən 1783-cü il Versal sülh müqaviləsinə imza atan yeganə şəxsdir.
1929-cu ildə 100 dollar bir daha dizayn olunur. Əvvəlki dizayda yer alan şəkildə Bencamin Franklin sağa "baxdığı" halda, bu dəfəki dizaynda Franklinin üzü önə doğru çevrilir.
5 ildən sonra 100 dollar yenidən kiçik düzəlişlərlə dizayn olunur. 100 dollarlıq əsginasın növbəti dizaynı 1966-cı ilə təsdüf edir. Dövriyyəyə buraxılan həmin əsginasın üzərində "İn God We Trust" ("Biz Tanrıya güvənirik") ifadəsi yer alır.
Daha sonra 100 dollar 1990 və 1996-cı illərdə yenidən dizayn edilir. Ümumiyyətlə 1914-cü ildən sonra Bencamin Franklinin şəkili ölçüsü dəyişsə belə, 100 dolların üzərindən götürülməyib.
2013-cü ilin oktyabr ayında dövriyyəyə buraxılan yeni 100 dolların üzərində də Franklinin şəkili yer alıb. Yeni 100 dolların əvvəlkilərdən fərqi odur ki, 3D təhlükəsizlik lenti kimi yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirən bu əsginazın həqiqiliyini müəyyənləşdirmək daha asan, onu saxtalaşdırmaq isə daha çətindir.
Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər Xarici İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az