Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



21 Sen
2019
13:37
1443

21
Sen
13:37



Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

Sentyabrın 22-də gözlənilən hava şəraiti haqqında məlumat açıqlanıb.

ETSN-dən Xeberoxu.Az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində intensivləşəcəyi, şimşək çaxacağı  ehtimalı var.

Güclü şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  gecə 13-16 dərəcə isti, gündüz 18-21 dərəcə isti, Bakıda gecə 14-16 dərəcə isti, gündüz 19-21 dərəcə isti təşkil edəcək.

Atmosfer  təzyiqi 761  mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət 75-85 % olacaq.

Azərbaycanın rayonlarında simşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.  Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə  sulu qar, qar yağacağı  ehtimalı var.

Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Səhər saatlarında duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 15-18 dərəcə isti, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə isti, gündüz 7-11 dərəcə isti təşkil edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Hava proqnozu xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az