Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



24 Sen
2019
09:41
1578

24
Sen
09:41



Zərgərpalan küçəsində təmir işləri aparılır -FOTO

Vətəndaşların rahat gediş-gəlişini təmin etmək, o cümlədən nəqliyyat sıxlığının azaldılması istiqamətində dövlət başçısının tapşırıq və sərəncamlarına əsasən, Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə start verilib.

Agentlikdən XeberOxu.Az-a bildirilib ki, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsi uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunması nəticəsində yol boyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.

Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçə boyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülür, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunur.

Vətəndaşların rahat və təhlükəsiz şəkildə küçənin kənarı ilə hərəkətini təmin etmək məqsədi ilə, küçə boyu hər iki tərəfdə piyada səkiləri bərpa olunur, kənarlarına yeni səki daşları düzülür. Qeyd olunan işlər çərçivəsində 1500 paqon-metr yeni səki daşının düzülməsi nəzərdə tutulub.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən daha sonra yola yeni asfalt-beton örtüyünün döşənməsi işləri həyata keçiriləcək. Asfaltlanma işləri ümumilikdə 5 min kv.m-ə yaxın sahəni əhatə edəcək.

Bundan başqa aparılan təmir-tikinti işləri zamanı kommunikasiya xətlərinin dəmir-beton plitələri layihə hündürlüyünə qaldırılaraq, baxış qapaqları yenilənəcək.

İşlərin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətinin yolcizgi və yolgöstərici xətlər, həmçinin piyada zolaqları çəkilməklə yol qısa müddət ərzində yenidən vətəndaşların istifadəsinə veriləcək.

Sadalanan işlər AAYDA-nin rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun şəkildə aparılır. İşlərin vaxtında yekunlaşdılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İranın XİN rəhbəri Bakıda ABŞ-ı sərt tənqid etdi







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi







Qusarda hündürlükdən dərəyə düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)







"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az