Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



27 Sen
2019
08:00
3132

27
Sen
08:00



Görkəmli opera müğənnisi Bülbülün xatirəsi yad olunub

Sentyabrın 26-sı Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) xatirə günüdür.

Xeberoxu.Az-ın məlumatına görə, bu münasibətlə Azərbaycanın Rusiyadakı səfiri, sənətkarın oğlu Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri Fəxri xiyabanda sənətkarın məzarını ziyarət ediblər. Sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə yad olunub.

Tanınmış bəstəkar və müğənni, Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Vurğulanıb ki, Azərbaycan dövləti Bülbülün bənzərsiz sənətinə hər zaman yüksək qiymət verib.

Xatırladaq ki, Azərbaycan mədəniyyətinin inkişafına mühüm töhfələr verən Bülbül (Murtuza Məşədi Rza oğlu Məmmədov)1897-ci il iyunun 22-də musiqi və mədəniyyət beşiyimiz Şuşa şəhərində anadan olub. Xalq mahnıları və romansların ("Sənsiz", "Sevgili canan" - Ü.Hacıbəyli, "Ölkəm" - A.Zeynallı və s.), operalarda ("Koroğlu", "Əsli və Kərəm") baş partiyaların unudulmaz ifaçısı kimi şöhrət qazanıb. 1931-ci ildə Milan Konservatoriyasını bitirən sənətkar Azərbaycan Dövlət Konservatoriyasının professoru olub. O, həmçinin xalq musiqisini öyrənən elmi tədqiqat kabinetini yaradıb. 1961-ci ilin 26 sentyabr tarixində vəfat edib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident Akif Əlizadəni təltif etdi







Məzahir Pənahova yeni müavin seçildi







İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az