Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



27 Sen
2019
23:24
987

27
Sen
23:24



İordaniya mətbuatı İmadəddin Nəsiminin həyat və yaradıcılığından yazır

İordaniyanın aparıcı “Əd-Dustur” qəzetində, eləcə də www.orobanews.com, www.nayrouz.com kimi xəbər portallarında “Seyid İmadəddin Nəsimi: Cahanın sığmadığı həqiqət şairi” sərlövhəli məqalə dərc edilib.

Xeberoxu.Az-ın məlumatına görə, məqalənin əvvəlində 2019-cu ilin Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə təsadüf etdiyi, məhz bu səbəbə görə cari ilin Azərbaycanda Prezidentin Sərəncamına əsasən “Nəsimi ili” elan edildiyi oxucuların diqqətinə çatdırılır. Bunun Azərbaycan xalqı və dövləti tərəfindən şairin mübarək ruhuna dərin hörmət və hədsiz məhəbbətə dəlalət etdiyi vurğulanır.

Yazıda Nəsiminin həyatı və yaradıcılığı haqqında ətraflı məlumat verilir. Dahi mütəfəkkirimizin poeziya yaradıcılığına toxunularaq, ilk növbədə, onun Azərbaycan ədəbiyyatı ilə yanaşı, İslam Şərqində ictimai-fəlsəfi şeirin ən böyük nümayəndələrindən hesab edildiyi vurğulanır, yaradıcılığında insan obrazının bəşəri və eyni zamanda, ilahi xüsusiyyətlərə malik olmasının öz əksini tapdığı qeyd edilir. Görkəmli Azərbaycan şairinin şeirlərinin Şərq xalqlarının hafizəsində əbədi həkk olunduğu vurğulanır, tanınmış ədəbiyyatşünasların tədqiqatlarının, elmi araşdırma və kitabların Azərbaycan xalqı tərəfindən Nəsimi şəxsiyyətinə və ölməz irsinə verilən yüksək önəmin göstəricisi olduğu qeyd edilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Prezident Akif Əlizadəni təltif etdi







Məzahir Pənahova yeni müavin seçildi







İlham Əliyevdən Ramiz Mehdiyevlə bağlı daha bir - SƏRƏNCAM







Yeni Baş nazir bu şəxslərə yüksək vəzifə verdi


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az