Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



28 Sen
2019
15:37
1290

28
Sen
15:37



Yollarda yeni “trend”: maşın sürərkən canlı yayıma çıxanları nə gözləyir?

Sükan arxasında telefon istifadə etməklə “qəhrəmanlıq” edən, qəza şəraiti yaradan sürücülər qanun qarşısında cavab verəcək.

Xeberoxu.Az xəbər verir ki, bu sözləri Oxu.Az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov ötən gün paytaxtın Heydər Əliyev prospektində baş verən qəzaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, sükan arxasında sürücünün mobil telefonla danışması, ümumiyyətlə, sürücünün diqqətinin yayınmasına səbəb olan davranışlara yol verməsi qanun pozuntusudur:

“Bu gün istər respublika ərazisində, istərsə də Bakı şəhəri üzrə qeydə alınan yol qəzalarının 70 faizi bu cür səbəblərdən baş verir. Eyni zamanda, dəfələrlə sürücülərə səslənərək onları yol hərəkəti qaydalarına riayət etməyə çağırırıq.

Ötən gün baş verən hadisədə sürücü sükan arxasında mobil telefondan istifadə etməklə yalnız özü üçün deyil, həm də digər yol hərəkəti iştirakçılarına da təhlükə yaradıb. Bu birbaşa “Yol hərəkəti haqqında” qanunun tələblərinin kobud şəkildə pozulmasıdır.

Sükan arxasında telefondan istifadə etməklə, qəza şəraiti yaradan sürücülər heç də qəhrəmanlıq etmir. Onlar aidiyyəti üzrə qanunun tələblərinə uyğun olaraq məsuliyyətə cəlb olunacaqlar”.

V.Əsədov onu da əlavə edib ki, avtomobil yollarında baş verən qəzalar heç kimin şəxsi həyatı deyil:

“Küçə və yollardan hər kəsin eyni dərəcədə istifadə etmək haqqı var. Vətəndaşların heç biri digərinin təhlükəsizliyini riskə atacaq qayda pozuntusuna yol verə bilməz. İctimai yerlərdə baş verən yol qəzaları heç kimin şəxsi həyatı ola bilməz. 

Sizin vasitənizlə həmin sürücüyə və onun timsalında bu cür qayda pozuntularına yol verərək qəza halları yaradanlara səslənirəm ki, bu, qəhrəmanlıq deyil. Bu kimi davranışlar eyni zamanda digər sürücüləri də qanun pozuntusuna çağırır. Buna yol vermək olmaz. “Yol hərəkəti haqqında” qanunun tələbləri onlara riayət etmək üçündür. Qanunun tələblərini pozan hər kəs kimliyindən asılı olmayaraq məsuliyyətə cəlb olunacaq”.

Xatırladaq ki, ötən gün paytaxtın H.Əliyev prospektində “LADA Priora” markalı avtomobili idarə edən sürücü telefonla canlı yayıma çıxaraq qəza törədib. Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik edərək maşınını qarşıdakı digər avtomobilə vurub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İranın XİN rəhbəri Bakıda ABŞ-ı sərt tənqid etdi







Sabirabadda 50 min ağac əkiləcək







Qusarda hündürlükdən dərəyə düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)







"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ


Digər Avto-Moto xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az