Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Okt
2019
08:55
969

03
Okt
08:55



“Muğam axşamları” layihəsinin yeni mövsümdə ilk konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzi yeni mövsümdə özünün ənənəvi olaraq təqdim etdiyi genişmiqyaslı "Muğam axşamları" layihəsi ilə ikinci dəfə muğamsevərlərin görüşünə gəlib.

Xeberoxu.Az-ın məlumatına görə, ilk konsert "Rast" muğamına həsr olunub.

Həmin gün muğamsevərlər qarşısında Əməkdar artistlər Arzu Əliyeva və Elnur Zeynalov və beynəlxalq müsabiqələr laureatı Hüseyn Məlikov çıxış edib. Sözün əsl mənasında möcüzəli "Rast"ın möcüzəli təqdimatı dinləyicilərin könlünə hakim kəsilib. “Rast”ın şöbələri və ritmik ahəngi 3 istedadlı xanəndə tərəfindən zərgər dəqiqliyi ilə özünəməxsus tərzdə təqdim edilməklə, xoş ovqat bəxş edən ahənglə səslənib. Konsert proqramı tamaşaşılar tərfindən böyük sevgi ilə qarşılanıb. Xanəndələri tarzən Rövşən Qurbanovun rəhbərliyi ilə “Buta” ansamblı müşayiət edib.

İlin sonunadək Beynəlxalq Muğam Mərkəzinin səhnəsində “Şur”, “Zabul-Segah”, “Çahargah” muğamları ifa ediləcək.

Qeyd edək ki, Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir ki, onlardan biri də “Muğam axşamları” layihəsidir. Bu layihə çərçivəsində tanınmış ifaçılar tərəfindən muğamlar, xalq mahnıları və təsniflər səsləndirilib. Muğam sənətimizin fəlsəfəsini gələcək nəsillərə çatdırmaq məqsədilə reallaşan layihəyə tamaşaçılar böyük maraq göstərməkdədir . Artıq 2-ci mərhələsi təqdim edilən konsertlərdə bu günə kimi tanınmış, görkəmli xanəndələrimizin ifasında 7 əsas muğamlarımız təqdim edilib.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az