Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Okt
2019
06:49
744

03
Okt
06:49



Görkəmli pianoçu Nikolay Luqanski və “Beryozka” ansamblının Bakıda konserti olacaq

1994-cü ildən etibarən Rusiya və Azərbaycan arasında qarşılıqlı mübadilə proqramı çərçivəsində həm Moskvada, həm də Bakıda keçirilən Mədəniyyət Günləri, müxtəlif konsertlər, festivallar, yubiley gecələri, sərgilərdə hər iki ölkənin musiqisi, teatrı, xoreoqrafiyası və təsviri sənət nümunələri nümayiş olunur.

Mədəniyyət Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, bu illər ərzində Bakıda məşhur musiqiçi və kollektivlər – “Kreml baleti”, “Brass-kvinteti”, Yuri Temirkanov, Maksim Vengerov, Sergey Doqadin, Filip Kopaçevski, Valeri Xlebnikov, Dmitri Xoxlov və başqaları çıxış etmişlər.

Rusiya Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə təşəbbüsü ilə 2019-cu ilin 11 oktyabr tarixində saat 19:00-da Heydər Əliyev Sarayında dünya şöhrətli “Beryozka” Akademik Rəqs Ansamblının, oktyabrın 13-də saat 19:00-da isə Azərbaycan Dövlət Akademik Filarmoniyasında Rusiya Federasiyasının Xalq artisti, görkəmli pianoçu Nikolay Luqanskinin iştirakı ilə konsertlər keçiriləcəkdir.

Ötən il 70 illik yubileyini qeyd edən və bu illər ərzində bütün dünyanı gəzən “Beryozka” Akademik Rəqs Ansamblı klassik slavyan rəqs mədəniyyətinin etalonu hesab olunur.

Görkəmli pianoçu, Moskva Dövlət Filarmoniyasının solisti, Beynəlxalq müsabiqələr laureatı Nikolay Luqanski Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti və Xalq artisti Rauf Abdullayevin dirijorluğu ilə Sergey Prokofyevin 2 saylı fortepiano konsertini ifa edəcəkdir.

Yuxarıda adıçəkilən tədbirlər Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin birgə dəstəyi və “РОСКОНЦЕРТ” musiqili və festival proqramlarının federal direktorluğunun təşkilatçılığı ilə həyata keçirilir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az