Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



03 Okt
2019
06:51
795

03
Okt
06:51



Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT-də qlobal platforma kimi qeyd olunub

BMT baş katibinin təşəbbüsü ilə BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi tərəfindən hazırlanmış BMT-nin “Dini abidələrin qorunması üzrə Fəaliyyət Planı”nda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı Azərbaycanın təklifi Fəaliyyət Planının “Qarşısıalınma” (“Prevention”) bölməsində əks etdirilib.

Mədəniyyət Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, bölmədə qeyd olunur: “BMT-nin təşkilatları, Avropa Şurası və İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının birgə əməkdaşlığı ilə Azərbaycan tərəfindən iki ildə bir dəfə təşkil olunan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlər və dinlərarası dialoqun təşviqi üzrə əsas qlobal platformalardan biridir.”

Qeyd edək ki, sözügedən Fəaliyyət Planının 12 sentyabr 2019-cu il tarixində keçirilmiş təqdimatında BMT-nin baş katibi Antonio Quterreş, BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Moratinos, həmçinin Azərbaycan və digər ölkələrin nümayəndələri çıxış etmişdirlər.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az