Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



06 Okt
2019
21:05
567

06
Okt
21:05



Rusiyanın ən nüfuzlu yazıçısı Aleksandr Proxanov: Zal İlham Əliyevi alqışlayırdı

Azərbaycan Prezidenti İlham Əliyevin nitq söylədiyi Soçidəki “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Rusiyanın ən nüfuzlu yazıçısı, tanınmış ziyalı, siyasi və ictimai xadim, İzborsk klubunun sədri və həmtəsisçisi, “Zavtra” qəzetinin baş redaktoru Aleksandr Proxanov da iştirak edib.

XeberOxu.Az-ın məlumatına görə, Aleksandr Proxanov təəssüratlarını bölüşüb: “Prezident İlham Əliyevin çıxışının əsas ideyası Dağlıq Qarabağ ətrafında münaqişə ilə bağlı idi. Azərbaycan Prezidenti münaqişənin yaranması tarixindən və dalana dirənmiş danışıqlardan ətraflı bəhs etdi. Davam edən hərbi əməliyyatlardan danışdı: onun çıxışından bir müddət əvvəl erməni snayperinin azərbaycanlı dinc sakini öldürməsi barədə informasiya daxil olmuşdu. Prezident İlham Əliyev Yerevanın “Qarabağ Ermənistandır və nöqtə” iddiasını ehtiva edən formuluna digər – “Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ilə cavab verdi.

A.Proxanov qeyd edib: “Ümumilikdə, söhbət Asiyada “hərbi forma” alan yerlərdəki münaqişəli vəziyyətlərdən gedirdi. İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin münaqişələrin nizamlanması məsələsində konstruktiv mövqeyini qeyd edib”.

Agentliyin həmsöhbətinin sözlərinə görə, İlham Əliyevin çıxışı zamanı zalda Ermənistanın nümayəndələri, hər hansı radikallar olmayıb: “Zal alqışlayırdı”.

Aleksandr Proxanov bu yaxınlarda Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Nikol Paşinyanın “Qarabağ Ermənistandır” sözlərini pisləyən bəyanatı ilə bağlı sualı da cavablandırıb.

O deyib: “Bizim Prezident bu yaxınlarda Ermənistanın lideri və artıq Soçidə Azərbaycan Prezidenti ilə də görüşlər keçirib. Rusiya getdikcə artan qeyri-sabitliyi tarazlaşdırmağa səy göstərir. Lavrovun sözlərinə gəldikdə isə, burada hər şey aydındır. Əlbəttə, Rusiya XİN –in rəhbəri Paşinyanın bəyanatını pisləməli idi.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İranın XİN rəhbəri Bakıda ABŞ-ı sərt tənqid etdi







Sabirabadda 50 min ağac əkiləcək







Qusarda hündürlükdən dərəyə düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)







"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ


Digər Xarici Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az