07 Okt 2019
12:04
![]() |
07
Okt 12:04
![]() Türkiyədə deputatın evində ölən Nadirənin vəkili geri çəkildi Türkiyədə hakim partiya AKP-nin (Ədalət və İnkişaf Partiyası) millət vəkili Şirin Ünalın evində, deputatın tapançasından çıxan mərmi ilə ölən Nadirə Qadirovanın ailəsinin vəkili vəkillikdən imtina etdi.
XeberOxu.AzTürkiyə mətbuatına istinadla xəbər verir ki, könüllü olaraq Nadirənin hüquqlarını müdafiə etməyi öz üzərinə götürən Müjde Tozbey Erden həm də "Öncə uşaqlar və qadınlar dərnəyi"nin də rəhbəridir. O vəkillikdən imtina etdikdən sonra belə bir açıqlama verib: "Bu gündən etibarən Nadirənin ailəsinin deyil, geridə qalmışlığa və qaranlığa qurban gedən Nadirə və Nadirə kimi qadınlar üçün mübarizə aparacağıq". M. T. Erdem bildirib ki, bu işdə Nadirənin ailəsi ilə fərqli düşündükləri üçün belə bir qərar almalı olublar: "Biz əlimizdən gələni edərək hadisənin qısa zamanda ört-basdır edilməməsi üçün istər mətbuatda, istərsə də Nadirənin dostları arasında geniş kampaniya başlatdıq. Ancaq görürəm ki, Nadirənin ailəsi belə düşünmür. Buna görə də Nadirənin ailəsinin vəkilliyindən imtina etməli olduq". Qeyd edək ki, sentyabrın 25-də Türkiyənin hakim partiyası AKP-nin (Ədalət və İnkişaf Partiyası) İstanbul şəhərindən seçilmiş millət vəkili Şirin Ünalın qulluqçusu Nadirə Qadirova intihar etməsi barədə xəbər yayılıb. Lakin özbək əsilli Nadirə Qadirovanın millət vəkilinə məxsus tapança ilə vurulması faktı ictimaiyyətə hadisənin qətl olabiləcəyi haqqında təəssürat yaradıb. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video
Altı yaşlı qız dəm qazından ölüb
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb
|