Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Okt
2019
14:50
348

07
Okt
14:50



Azərbaycan Prezidenti "Valday" Diskussiya Klubunda yüksək diplomatik mövqe nümayiş etdirdi - Aqil Acalov

Digər ölkələrin rəhbərlərinin məhdud sayda dəvət olunduğu "Valday" Beynəlxalq Diskussiya Klubu tədqiqatlarında qlobal siyasət və iqtisadi proseslərin araşdırılmasına xüsusi yer verir.

XeberOxu.Az xəbər verir ki,bunu Trend-ə iqtisadiyyat üzrə fəlsəfə doktoru Aqil Acalov deyib.

İqtisadçı bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin də iştirak etdiyi Valday Beynəlxalq Müzakirə Klubunun XVI illik iclasında Şərqin dünyanın nizamında artan təsirinə, Yaxın Şərqdə yerləşmə, Böyük Avrasiya və Asiya-Sakit okean regionu ilə əməkdaşlığa fokuslanma məsələlərinin müzakirələri nəzərdə tutulmuşdu.

Onun sözlərinə görə, daim inkişaf etməkdə olan Rusiya-Azərbaycan münasibətlərindən danışmaqla yüksək diplomatik mövqe nümayiş etdirən Prezident İlham Əliyev çıxışı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kifayət qədər nəzərəçarpan bəyanatlar verdi:

"Ticari-iqtisadi münasibətlərin, təhsil, hərbi-texniki, nəqliyyat sahəsində əməkdaşlığın inkişafindan ətraflı bəhs edən İlham Əliyev çıxışının zirvə nöqtəsi olaraq daimi müzakirə mövzularından biri, Azərbaycan üçün ən vacib məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxundu. Prezident münaqişə ilə əlaqədar reallığı əks etdirməyən fikir müxtəlifliklərinə aydınlıq gətirmək üçün münaqişə barədə və işğal altında olan torpaqların hal-hazırkı vəziyyəti haqda məlumatlar verdi - "Mən Ermənistan baş nazirinin təəccüb doğuran "Qarabağ Ermənistanın bir hissədir və nöqtə" bəyanatına toxunmaq istərdim. Birincisi, bu yumuşaq dildə ifadə etsək, yalandır. Qarabağ aranlı-dağlı bütün dünyada Azərbaycanın ayrılmaz hissəsi kimi tanınmışdır. Qarabağ tarixi Azərbaycan torpağıdır. Belə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!".

Bəli, cənab Prezidentin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı dəyişməz mövqeyini əks etdirən bu çıxışı Paşinyanın məlum uydurma bəyanatına qaçılmaz cavab idi. Siyasi analitiklər Azərbaycan prezidentinin bu çıxışının Valday klubu tarixində qalacağını bildiriblər".

A.Acalov vurğulayıb ki, Şərqin Qapısı kimi bu gün Azərbaycan müxtəlif mədəniyyət və sivilizasiyaların, Şərq ilə Qərbin, Şimal ilə Cənubun kəsişməsində yerləşməklə, həm İslam, həm Avropa təşkilatlarının üzvü kimi çoxsaylı sivilizasiyaların dəyərlərini özündə birləşdirir: "Azərbaycanın xarici siyasəti müstəqil və milli maraqlara, tərəfdaşlıq, qarşılıqlı əməkdaşlıq, regionda sabitliyə əsaslanan siyasətdir. Bu gün İlham Əliyevin uğurlu xarici siyasətinin nəticəsi olaraq Azərbaycan ənənəvi tərəfdaşlarla münasibətlərini daha da möhkəmləndirmiş, yeni dostluq körpüləri qurmuş və qarşılıqlı hörmətə əsaslanan səmərəli əməkdaşlıq mühiti yaratmışdır".

İqtisadçı əlavə edib ki, "Valday" görüşü kimi geniş politik kürsüdən Qarabağ münaqişəsi ilə bağlı ölkə başçısının çıxışı da onun yüksək diplomatik performansının növbəti göstəricisi oldu: "Bu gün bir milyondan çox qaçqın və məcburi köçkünün olması, tarixi abidələrin dağıdılması və xalqımıza qarşı aparılan etnik təmizləmə ilə gerçəkləşdirilən bu işğal beynəlxalq hüquqa əsaslanan qətnamələrin pozulması deməkdir. Praktiki olaraq deyə bilərik ki, bu kimi hallarda beynəlxalq hüquqa riayət edilmir, onun normaları ikili standartlar çərçivəsində pozulur.

Hesab edirəm ki, hər kəs öz sahəsində bu münaqişənin tezliklə həll edilməsinə öz töhfəsini verməli, əlindən gələni əsirgəməməlidir. Gənc nəsli maarifləndirmək, ölkə başçısı ətrafında sıx birləşməklə çiyin-çiyinə davamlı inkişaf hədəflərinə doğru getmək bütün dünyada yaşayan azərbaycanlıların ən başlıca vəzifələrindən biri olmalıdır".

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







İranın XİN rəhbəri Bakıda ABŞ-ı sərt tənqid etdi







Sabirabadda 50 min ağac əkiləcək







Qusarda hündürlükdən dərəyə düşən şəxsin meyiti tapılıb (YENİLƏNİB)







"Qarabağ"ın oyununa 25 min bilet satılıb - RƏSMİ


Digər Siyasət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az