Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



07 Okt
2019
17:27
708

07
Okt
17:27



“Keşikçidağ” Qoruğuna yürüş təşkil edilib

Bu ilin sentyabr ayının sonunda Mədəniyyət Nazirliyi Ağstafa rayon İcra hakimiyyəti ilə birgə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2007-ci ildə Dövlət Tarixi-Mədəniyyət qoruğu elan olunmuş “Keşikçidağ” Qoruğuna yürüş təşkil edib və tədbir sentyabr ayında məhz “Avropa İrs günləri” çərçivəsində baş verib.

Nazirlikdən XeberOxu.Az-a verilən məlumata görə, yürüşün əsas məqsədi bu tarixi mədəni abidənin ortaq Avropa irsimiz olduğunu nümayiş etdirmək və onu qorumaq üçün səylərimizin gücləndiriliməsinə vurğu etməkdən ibarət olub. Azərbaycan tərəfi Gürcüstan ilə birlikdə hər iki ölkənin sərhədində yerləşən bu kimi abidələrin gələcəkdə həm YUNESKO, həm də digər formatlar çərçivəsində azərbaycan və gürcü xalqlarının mədəni dəyərinin nümunəsi kimi və iki xalq arasında tarixi mədəni körpü kimi təqdim edilməsi istiqamətində tədbirlər həyata keçirməyi planlaşdırır.

Məlumat üçün bildirilir ki, Nazirlik tərəfindən mütəmadi olaraq həm "Avropa İrs Günləri", həm də “Ümumdünya Abidələrin qorunması” günü çərçivəsində bir çox qoruq və abidələrin ərazisində, xüsusilə də Qobustan Milli Tarix-Bədii Qoruğu, “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğu, Qəbələ Dövlət Tarix-Bədii Qoruğu, Zaqatala Tarix-Mədəniyyət Qoruğu və digər qoruq ərazilərində təbliğat və təşviqat tədbirləri həyata keçirilir. Layihə çərçivəsində qoruqlarda “açıq qapı” günü təşkil olunur, mədəni irsimizin qorunmasına həsr olunmuş sərgilər açılır və s. Burada əsas məqsəd abidələrin qorunması, bu məsələdə vətəndaş dövlət həmrəyliyinin gücləndirilməsi, onların tarixi və dəyəri barədə ictimaiyyətin məlumatlandırılmasıdır.

Azərbaycan və gürcü xalqlarının tarixi yaddaşı və mədəni irsi mehriban qonşuluq və dostluq ənənələrinə söykənir və bu əlaqələr bundan sonra da xalqlarımızın birliyi və tarixi-mədəni irsimizin qorunması və gələcək nəsillərə ötürülməsi naminə yüksək səviyyədə inkişaf edəcək.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az