Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Okt
2019
03:45
201

08
Okt
03:45



AQTA mütəxəssisləri Xırdalan və Gəncə məktəbliləri ilə görüşüb

Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhalinin qida təhlükəsizliyi ilə bağlı maarifləndirilməsi istiqamətində tədbirləri davam etdirir.

Agentlikdən XeberOxu.Az-a verilən məlumata görə, “Sağlam məktəbli” layihəsi çərçivəsində növbəti görüşlər Xırdalan şəhər 2 saylı tam orta məktəblə Gəncə şəhəri M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbdə baş tutub.

Görüşlərdə şagirdlərə əvvəlcə layihə və Agentliyin fəaliyyət istiqaməti barədə məlumat verilib, qida təhlükəsizliyi ilə bağlı hazırlanan sosial videoçarxlar təqdim edilib. Sonra məktəblilərə qida təhlükəsizliyinə dair ilkin vərdişlər, düzgün və sağlam qidalanma, enerji içkilərinin insan orqanizminə ziyanları barədə məlumat verilib. Agentliyin əməkdaşları şagirdlərə qida təhlükəsizliyi ilə bağlı bilik və bacarıqlarının artırılması, bu sahədə ilkin vərdişlərin formalaşdırılması istiqamətidnə metodiki tövsiyyələr veriblər. Qablaşdırma məhsullarının qidaya təsiri, qida məhsullarında etiket məlumatları, “Fast food”un zərərləri, süd və süd məhsullarının faydalarına diqqət çəkilib. Həmçinin bir istehlakçı kimi qida təhlükəsizliyi ilə bağlı qarşılaşdıqları hər hansı problem olduqda və ya sağlam qidalanma ilə bağlı onları maraqlandıran suallar yarandıqda Agentliyin “1003” Çağrı Mərkəzinə müraciət etmələri bildirilib. Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb, onlara sağlam qidalanma ilə bağlı maarifləndirici materiallar paylanılıb.

Qeyd edək ki, “Sağlam məktəbli” layihəsinin əsas məqsədi məktəblilər arasında sağlam qidalanmanın təşviqi, qida təhlükəsizliyi anlayışının təbliği, eləcə də şagirdlərə qida təhlükəsizliyi vərdişlərinin aşılanmasıdır. Layihənin bütün bölgələrdə keçirilməsi nəzərdə tutulub.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!







Bakıda gənc oğlanı avtomobil vurub







Təhsil nazirindən yeni - TƏYİNAT







Ermənistan hökuməti faşist əlaltısı Njdeni böyük sərkərdə və milli qəhrəman səviyyəsinə qaldırıb


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az