Haqqımızda
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Okt
2019
07:00
507

08
Okt
07:00



Daha 15 rayonda güzəştli şərtlərlə səyyar gübrə satışı keçiriləcək

Sentyabr ayından etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin, güzəştli şərtlərlə səyyar satışına başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyindən XeberOxu.Az-a verilən məlumata görə, mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı bu həftə Şabran, Qusar, Xaçmaz, Masallı, Cəlilabad, Zaqatala, Qax, Oğuz, Qəbələ, Goranboy, Beyləqan, Füzuli, Saatlı və İmişli rayonlarında baş tutacaq. Oktyabrın 8-də Şabranın Gənolob, Zaqatalanın Danaçı, Goranboyun Gülzarlar kəndində; oktyabrın 9-da Qusarın Şirvanovka, Qaxın Qaradolaq, Beyləqanın Aşqarlar kəndində; Oktyabrın 10-da Xaçmazın Dədəli, Oğuzun Yaqublu, Füzulinin Kürdmahmudlu kəndində; Oktyabrın 11-də Masallının Viləş, Qəbələnin Çuxur Qəbələ, Saatlının Nəsimikənd kəndində; oktyabrın 12-də Cəlilabadın Alqasımı, Qəbələnin Bunud, İmişlinin Aranlı kəndində təşkil ediləcək.

Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər.

Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün 1652 Çağrı Mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Yevda Abramovun dəfn mərasimi niyə gecikir?







Məzahir Pənahov: Seçilmək arzusunda olan vətəndaşlarımız müraciət edə bilərlər







Bibisinin evindən "dəstə yoldaşları" ilə oğurluq edən qadın saxlanıldı







Əli Əhmədov: 650 min ağac əkmək aksiyası möhtəşəm xalq hərəkatına çevrildi


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az