Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



08 Okt
2019
07:30
801

08
Okt
07:30



“CinemaPlus”da anşlaq: “Joker” izdiham yaradıb

"CinemaPlus" premium kinoteatrında çoxdan gözlənilən "Joker" filminin təqdimatı izləyicilərin böyük marağına səbəb olub.

XeberOxu.Az-ın məlumatına görə, psixoloji triller janrında lentə alınan, Todd Fillipsin ərsəyə gətirdiyi bənzərsiz ekran işində baş rolları Xoakin Feniks, Zazi Bitz, Robert De Niro, Frensis Konroy, Brett Kallen və başqaları ifa edib.

Filmdə hadisələr 1980-ci ildə baş verir. Ekran işində çox uğursuz həyat hekayəsi olan bir insandan bəhs edilir. Artur Flekin ciddi zehni problemləri var. O, kortəbii, səbəbsiz gülüşdən əziyyət çəkir. Bundan əlavə, Artur yoxsulluq həddində yaşayır, hər gün yaşamaq üçün mübarizə aparır. Komediyaçı olmağı xəyal edən bir qəhrəman, özü kimi, meqalomiyadan əziyyət çəkən anasına qayğı göstərməyə məcbur olur.

Təəssüf ki, Flek zənginlərin zənginləşdiyi və kasıbların kasıblaşdığı Gotem şəhərində yaşayır. Artur Gotemin ən varlı sakini Tomas Ueynin nikahdankənar övladı olduğunu biləndə Flekin fikirləri daha da qarışır. Nəticədə Artur bir neçə qəddar cinayətə əl atır, narkotik qəbul etməyi dayandırır və Gotemda iğtişaşlar törədir, bu müddət ərzində Tomas Ueyn də daxil olmaqla, bir neçə varlı ölür. Ümüdlərinin puç olduğunu görən kloun məhv etməklə psixoloji rahatlıq axtarışına çıxır.

Ağır və psixoloji triller olmasına rəğmən, filmin ilk kadrlarından sonuna kimi gözlərinizi bir saniyə belə olsun, ekran çəkə bilməyəcəksiniz. Möhtəşəm əsərdə yer alan aktyorların peşəkar oyunu, göz oxşayan məkanlar və rəngarəng kadrlar filmi daha da baxımlı edib.

Hazırda ölkənin bir nömrəli kinoteatrında nümayiş olunan "Joker"ə izləyicilərin marağı olduqca yüksəkdir. Biletləri kosmik sürətlə satılan filmə tamaşaçılar böyük həvəs göstərirlər.

Hər gün anşlaqla keçən ekran işini izləməyə siz də dəvətlisiniz. Odur ki, əziz kinosevərlər və film həvəskarları, "Joker" filmini yüksək keyfiyyətdə izləyib, əsərdə baş verən ağlasığmaz hadisələrin şahidi olmaq istəyirsinizsə, yolunuzu hər zaman sizin qarşınıza xoş sürprizlərlə və kino dünyasında olan ən son premyeralarla sevindirən "CinemaPlus" premium kinoteatrından salın!

 

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Mədəniyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az