09 Okt 2019
00:30
![]() |
09
Okt 00:30
![]() Bakının uşaq birliyi təşkilatlarının rəhbərləri arasında müsabiqəyə başlanıldı “Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XeberOxu.Az-a verilən məlumata görə, müsabiqənin əsas məqsədi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işləri daha da gücləndirmək, onların fəaliyyətinə stimul vermək, qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaqdır. İki mərhələdən (rayon və şəhər) ibarət müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür. Hər iki mərhələ üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir. Müsabiqənin rayon mərhələsində qalib gələn ən yaxşı təqdimatlar şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq. Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. “Ümumi təhsil müəssisələrinin uşaq birliyi təşkilatının rəhbərləri arasında ən yaxşı təqdimat” müsabiqəsinə start verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən, keçirilən müsabiqənin əsas məqsədi təhsil müəssisələrində uşaq birliyi təşkilatının rəhbərləri ilə aparılan işləri daha da gücləndirmək, onların fəaliyyətinə stimul vermək, qabaqcıl və yaradıcı uşaq birliyi təşkilatı rəhbərlərinin təcrübəsindən yararlanmaqdan ibarətdir. İki mərhələdən (rayon və şəhər) ibarət müsabiqədə seçilən təqdimatların mövzuya uyğunluğu, nəzəri əsaslarının mövcudluğu, yaradıcı yanaşma, əldə edilən nəticənin aydın və səlis olması, elmi bilik və təcrübənin inkişafı kimi meyarlar əsas götürülür. Hər iki mərhələ üzrə təqdimatlar Münsiflər heyəti tərəfindən dinlənilir. Müsabiqənin rayon mərhələsində qalib gələn ən yaxşı təqdimatlar şəhər mərhələsində iştirak etmək hüququ qazanacaq. Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılacaqlar. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Narkotikə görə tutulmuş jurnalist məhkəmə qarşısında
Əmi 11 yaşlı qardaşı qızını öldürüb basdırdı - Azərbaycanda ŞOK hadisə
“Ermənistan Dilqəmlə Şahbazı azad etməkdən inadla imtina edir”
Deputat oğlunun həbs müddəti uzadıldı
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |