Haqqımızda   Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Okt
2019
14:38
696

09
Okt
14:38



Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

Sabah XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın doğum günüdür.

XeberOxu.Az-ın məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kollektivi bu gün II Fəxri Xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edərək xatirəsini dərin ehtiramla anıb, məzarı üzərinə əklillər qoyub, gül dəstələri düzüb.

Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, filologiya elmləri doktoru, professor Gövhər Baxşəliyeva 10 oktyabr tarixinin İnstitutun kollektivi üçün çox önəmli gün olduğunu xatırladıb:

“Aida xanımın 80 illik yubileyidir. Çox təəssüf edirik ki, biz bu günü onsuz qeyd edirik. Aida İmanquliyeva şərqşünaslıq, ümumiyyətlə humanitar elmdə böyük iz qoymuş alimdir”.

G.Baxşəliyeva əlavə edib ki, 3 sanballı monoqrafiya, 100-dən çox elmi və elmi populyar məqalələrin müəllifi olan, elmi fəaliyyətini ərəb ədəbiyyatının tədqiqinə həsr edən Aida İmanquliyeva nəinki SSRİ-nin, dünya şərqşünaslıq elminə böyük nəfəs gətirib.

Aida xanımın əsərlərində bir növ onun ikinci mənəvi həyatının olduğunu vurğulayan institut direktoru qeyd edib ki, Aida İmanquliyeva ilk dəfə sistemli şəkildə ərəb-Qərb ədəbiyyatlarının qarşılıqlı əlaqələrini və təsirini öyrənib: “Sonralar sovet, hətta xarici mütəxəssislər də qeyd edirdilər ki, Aida xanımın əsərlərində, tədqiqatlarında olan dərinlik ərəblərin özlərində belə müşahidə edilməyib. Aida xanımın yaradıcılığı çoxşaxəli idi. Amma onun əsas yaradıcılıq istiqaməti ərəb mühacirət ədəbiyyatı olub".

İnstitut direktorunun sözlərinə görə, məhz onun tədqiqatları nəticəsində müəyyən olunub ki, yeni ərəb ədəbiyyatı Qərb ədəbiyyatının, o cümlədən ingilis romantiklərinin, rus tənqidi realizminin nümayəndələrinin çox güclü təsirinə məruz qalıb və onlardan bəhrələnib: ”Məlumdur ki, o zamanlar ideoloji buxovlar mövcud idi. Sovet dövründə Şərq-Qərb ədəbiyyatının təsiri o qədər də geniş araşdırılmırdı. Sovet dövründə başqa ideologiya hökm sürürdü. Aida xanım sübut etdi ki, mədəniyyət sahəsində də Şərq-Qərb əməkdaşlığı tamamilə mümkündür. Ancaq bu şərtlə ki, bu əməkdaşlıq yaradıcı olsun və milli ənənə zəminində baş versin”.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə də Aida İmanquliyevanın 80 illik yubileyinin onsuz qeyd edilməsinə təəssüfləndiyini söyləyib.

Akademik deyib ki, Aida İmanquliyeva Azərbaycan elminin çox görkəmli nümayəndəsi olub: “Deyirlər ki, kişilər elmlə daha çox məşğul olur, daha çox yeniliklərə nail olurlar. Amma Aida xanım öz bacarığı ilə göstərdi ki, bu fikir düzgün deyil, qadınlar da elmin inkişafında çox böyük rol oynayırlar. Aida xanım 50 il əvvəl sanki bu günü görürdü. Bu gün Azərbaycan iri addımlarla irəliləyir. Aida xanım da 50 il əvvəl də belə fikir söyləyirdi ki, Şərqlə Qərbin mədəniyyəti birləşsə, doğrudan da xalqların həyatında iri addımlarla irəliləmə baş verə bilər. Aida xanım hələ o zaman öz əsərlərində Qərblə Şərqin mədəni vəhdəti barədə yazırdı, simpoziumlarda bu barədə söhbət açırdı”.

Akademik əlavə edib ki, bu gün Azərbaycan elmi Aida xanımın ürəyində qalan fikirləri dünyaya çatdırır.

AMEA Prezidenti Aida İmanquliyeva da daxil olmaqla, Azərbaycanın korifey şərqşünasları haqqında çoxcildli nəşrin hazırlanmasını vacib sayıb.

Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Aida İmanquliyeva Şərqşünaslıq İnstitutunda ədəbiyyat istiqamətində özündən əvvəl başlamış, akademik Həmid Araslı tərəfindən əsası qoyulmuş şərqşünaslığın ədəbiyyat istiqamətini daha da genişləndirib və bununla elmdə öz izini qoya bilib. O, ərəb mühacir ədəbiyyatını öyrənməklə ona öz əlavələrini edə bilib: “Aida xanım Azərbaycan filoloji istiqamətində ərəbşünaslığa mühacirət ədəbiyyatını gətirməklə onu yeniləşdirdi, şərqşünaslıq institutunun inkişafında elmlər arası qarşılıqlı münasibətləri tənzimləyərək yeni bir tarix yaratdı”.

Məqalə:



Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda tuneldə qəza: yük maşını belə aşdı - ANBAAN VİDEO







Bu qəsəbədə su olmayacaq







Gecə Bakıda 15 yaşlı qızı döyərək xəstəxanalıq etdilər







Psixoloqlar diaqnostik qiymətləndirilmədən keçəcək - Dekabrda


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az