09 Okt 2019
17:45
![]() |
09
Okt 17:45
![]() Aİİ-nin Dinşünaslıq kafedrasının müəllimi beynəlxalq simpoziumda iştirak edib Azərbaycan İlahiyyat İnstitutu Dinşünaslıq kafedrasının müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Anar Qafarov Türkiyə Respublikası Ağrı şəhəri İbrahim Çeçen Universitetində keçirilən İslam dünyasının elm və mədəniyyət tarixçisi professor Fuat Sezginin həyat və yaradıcılığına həsr olunmuş “III Beynəlxalq Əhmədi-Hani Simpoziumu”nda iştirak edib. Bir çox ölkədən 80 məruzəçinin çıxış etdiyi simpoziumda prof. Fuat Sezginin şəxsiyyəti, elmi fəaliyyəti, əsərləri, dünya elm tarixinə və bəşəriyyətə verdiyi töhfələr haqqında geniş müzakirələr aparılıb. Dosent Anar Qafarov simpoziumda “İslam dünyası elmi baxımdan niyə tənəzzülə uğradı? Fuad Sezgin görüşləri müstəvisində” mövzusunda məruzə ilə çıxış edib. A.Qafarov F.Sezginin bu məsələ ilə bağlı qeyd etdiyi mühüm məqamlardan söhbət açaraq, İslam dünyasının elmi baxımdan zəifləməsinin və durğunluq dövrü yaşamasının tarixi, siyasi və elmi səbəblərini açıqlayıb. “Beytül-hikmə” Tərcümə Mərkəzinin fəaliyyətindən danışan A.Qafarov müsəlman elm adamlarının dünya elminə verdikləri töhfələrdən bəhs edib. Məlumat üçün bildirək ki, Aİİ-nin müəllimi dosent A.Qafarov müxtəlif beynəlxalq konfranslarda elmi mühazirələrlə çıxış edib. Tərcümə, naşir, elmi redaktor, tək və ortaq müəllifi olduğu 13 kitabı, 4 monoqrafiyası var. Ölkəmizdə və xaricdə nüfuzlu jurnallarda 20-dən çox məqaləsi nəşr edilib. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
Ata uşaqlarını döyüb və əllərini yandırdı Bakıda - Video
Altı yaşlı qız dəm qazından ölüb
İtkin düşən Nərminin atası: "Qızımı qardaşım oğurlamayıb"
Bakıda minik avtomobilinin banında qadın meyiti aşkarlanıb
|
© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az |