Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



09 Okt
2019
23:23
234

09
Okt
23:23



Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Mingəçevirdə vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin oktyabr ayında vətəndaşları qəbulu cədvəlinə uyğun olaraq, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbərliyi vətəndaşlarla görüşəcək.

XeberOxu.Az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə 11 oktyabr 2019-cu il tarixində saat 12:00-da Mingəçevir şəhərində Mingəçevir və Ağdaş sakinlərini, nazirin birinci müavini Əli Abdullayev isə həmin tarixdə saat 12:00-da Yevlaxda rayon sakinlərini qəbul edəcək.

Nazirliyin rəhbərliyi nəqliyyat, telekommunikasiya (o cümlədən internet, televiziya və radio yayımı) və poçt xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları dinləyəcəklər.

Vətəndaşlar “mincom@mincom.gov.az” elektron poçt ünvanı, 1655 nömrəli Çağrı Mərkəzi, 012 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt filialı və telekommunikasiya qovşağı tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaq.

Bunun üçün vətəndaşlardan Mingəçevir şəhərində 024 2752999, Ağdaş rayonunda 020 2355158, Yevlax rayonunda 022 3364646 nömrəli telefona zəng etmələri xahiş olunur.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Şəkidə arxeoloji qazıntılar zamanı dronlardan istifadə olunub







Beyləqanda 2 otaqlı yanğın olub, xəsarət alan var







Elton Türkiyəyə köçür







Birinci vitse-prezident Mehriban Əliyeva: Gözəl diyar Azərbaycan!


Digər İqtisadiyyat xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az