10 Okt 2019
00:30
![]() |
10
Okt 00:30
![]() Azərbaycana gizli yolla qızıl əşyalar keçirən Özbəkistan vətəndaşı saxlanılıb Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında "Samur" gömrük postunun ixrac piyada gömrük nəzarəti xəttinə daxil olan Özbəkistan Respublikası vətəndaşının əl yüklərinə rentgen qurğusunda baxış keçirilib və şübhəli cizgilər müəyyən olunub. Dövlət Gömrük Komitəsindən XeberOxu.Az-a verilən məlumata görə, baxış zamanı xanım vətəndaşın əl çantasının və çamadanının içərisindən gömrük nəzarətinə bəyan olunmayan, üzərindəki qaşları ilə birlikdə ümumi çəkisi 80 qram olan qızıl-zinət əşyaları - 2 cüt sırğa, 3 ədəd üzük, 1 ədəd boyunbağı, çəkisi 1 qram olan 4 ədəd yaşıl rəngli qiymətli daş, 1 ədəd üzərində "Maktain 222083" yazısı əks olunan qol saatı və 1 ədəd lupa aşkarlanıb. Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zamanı onun sinə nahiyəsində salfetə bükülü şəkildə gömrük nəzarətindən gizlədilən, qaşları ilə birlikdə ümumi çəkisi 117 qram olan 4 ədəd üzük, 4 cüt üzük-sırğa dəsti və 1 ədəd boyunbağı aşkar edilib. Faktla bağlı araşdırma aparılır. Məqalə:
Xeberoxu.az ANDROID əməliyyat sistemli smartfonla Bizimlə əlaqə saxlayın ![]() ![]()
|
Ən Çox Oxunanlar
"Eurohome"dakı yanğında 9 nəfər zəhərləndi, 3 nəfər xəstəxanaya yerləşdirildi
Bu il 39 hakim cəzalandırılıb, 6 hakim işdən çıxarılıb
"Azərişıq" əməkdaşının faciəli ölümü ilə bağlı cinayət işi açıldı
BAXCP növbədənkənar parlament seçkilərində iştirakla bağlı qərar qəbul edib
|