Canlı TV  Canlı Radio 
Baş səhifə Siyasət İqtisadiyyat Cəmiyyət Müharibə Şou-biznes İdman Kriminal Son Xəbərlər
Son Xəbər Mədəniyyət Dünya Avto-Moto Hadisə Hava proqnozu Maraqlı Müsahibə



10 Okt
2019
11:00
384

10
Okt
11:00



Əqli Mülkiyyət Agentliyi folklorun qorunmasına dair beynəlxalq hüquqi aktın qəbul edilməsinə dəstək verir

Cenevrə şəhərində davam edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzv dövlətlərinin Assambleyalarının 59-cu sessiyası çərçivəsində Əqli mülkiyyət, genetik resurslar, ənənəvi biliklər və folklor üzrə Hökumətlərarası Komitənin (HK) hesabatı dinlənmiş və bu Komitənin mandatının 2019-2021-ci illər ücün iki illik müddətə uzadılması məsələsi müzakirə edilib.

Əqli Mülkiyyət Agentliyindən XeberOxu.Az-a verilən məlumata görə, tədbirdə iştirak edən Agentliyin nümayəndə heyətinin üzvü Gəray Dadaşov bildirmişdir ki, Azərbaycan tərəfi HK-nin mandatının uzadılması təklifini dəstəkləyir. O, demişdir: “Azərbaycan Assambleyada edilən çıxışlarda ənənəvi mədəniyyət ifadələrinin (folklorun), ənənəvi biliklərin və genetik resursların qorunması ilə bağlı ifadə edilən narahatçılıqlarla bölüşür və bununla əlaqədar Hökumətlərarası Komitənin mandatının növbəti iki illik müddətə uzadılması təklifini dəstəkləyir. Biz ümid edirik ki, siyasi iradə, qeyri-trivial yanaşmalar və konstruktivlik ruhu bu Komitənin sessiyalarında tərəflər üzərinə öhdəliklər qoyan hüquqi aktların layihələrinin hazırlanması və müvafiq Diplomatik konfransda qəbul edilməsi ilə nəticələnəcək”.

Müzakirələrdən sonra Assambleyanın səsverməsi nəticəsində HK-nin mandatının uzadılması qəbul edilmişdir.

HK-nin sessiyalarında aşağıdakı hüquqi sənədlərin layihələrinin razılaşdırılması məsələsi durur:

Ənənəvi biliklərin qorunması: maddələrin layihələri;
Ənənəvi mədəniyyət ifadələrinin qorunması: maddələrin layihələri;
Əqli mülkiyyət, genetik resurslar və genetik resurslarla əlaqəli ənənəvi biliklər sahəsində beynəlxalq hüquqi sənədin layihəsi.

Zəngin ənənəvi bilik və ənənəvi mədəniyyət ifadələrinin (folklorun) xalqımızın mədəni irsinin incilərindən olduğunu nəzərə alsaq, bu sənədlərin qəbul edilməsi onların beynəlxalq səviyyədə daha etibarlı qorunmasına dəstək ola bilərdi.

Qeyd edək ki, 2003-cü ildə ”Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. ÜƏMT ölkələri arasında sahə üzrə ilk milli qanun olan bu sənəd Azərbaycanın mədəni irsinin tərkib hissəsi olan milli folklor nümunələrinin əqli mülkiyyətin xüsusi növü kimi hüquqi qorunması, istifadəsi və müdafiəsinin təminatı ilə əlaqədar yaranan münasibətləri tənzimləyir.

Xeberoxu.az

ANDROID əməliyyat sistemli smartfonla

Bizimlə əlaqə saxlayın




Ən Çox Oxunanlar







Bakıda ilk dəfə 4 tərəfli piyada keçidi təşkil edilib







Bərdə Rayonunda bədbəxt hadisə baş verib







Dumanlı hava şəraiti hökm sürəcək







Deputatlar bu gün nələri müzakirə edəcək?


Digər Cəmiyyət xəbərləri


Xeberler 2018 və son xeberler 2019 düzgün, tez və Azerbaycanda en son xeberler bugun birinci oxumaq üçün XeberOxu.az saytını izləyin. Xeberoxu.az Azərbaycanın xəbər saytı, Azərbaycandan ən son xəbərləri yayımlayır. Iqtisadi xeberler, Şou biznes xəbərləri , siyasi xeberler, kriminal xeberler, idman xeberleri, muharibe xeberleri, maliyye xeberleri təqdim edən ictimai-sosial saytdır.




© Xeberoxu.az 2019 Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. (012) 436-28-31, info@xeberoxu.az